• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Bakının daşınmaz əmlak bazarında fəallıq azalıb

Bakının daşınmaz əmlak bazarında fəallıq azalıb

2015-ci ilin iyununda Bakının daşınmaz əmlak bazarında fəallıq ötən ilin analoji dövrü ilə müqayisədə təqribən üç dəfə azalıb.

Publika.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "MBA Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, manatın məzənnəsində baş vermiş dəyişikliklərdən sonra (bu il fevralın 21-də Azərbaycanda dolların məzənnəsi təqribən 34 faiz bahalaşıb) daşınmaz əmlak bazarında görünməmiş ajiotaj müşahidə olunub: "Bu, əhalinin əmanətlərini riskdən qorumaq üçün daşınmaz əmlaka qoymağa başlaması ilə əlaqədardır. Lakin apreldən etibarən bazarda fəallıq getdikcə azalmağa başlayıb".

"MBA Group"un rəhbəri hesab edir ki, fəallığın azalması getdikcə qiymətin aşağı düşməsinə gətirib çıxarır, lakin hazırda mənzilin ucuzlaşması daha çox təkrar bazarda hiss edilir: "2015-ci ilin may ayı ilə müqayisədə iyunda təkrar mənzil bazarında qiymətlər 1,1 faiz azalıb, hərçənd ilkin bazarda mənzillərin qiyməti dəyişməyib. Eyni hal əvvəlki aylarda da baş verib. Məsələn, apreldə təkrar bazarda qiymətlər 6 faiz, mayda isə 3,5 faiz azalıb. Eyni zamanda, apreldə ilkin mənzil bazarında qiymətlər cəmi 2 faiz azalıb, mayda isə dəyişməz olaraq qalıb".

O, diqqətə çatdırıb ki, ümumilikdə ilkin mənzil bazarında qiymətlər təkrar bazara nisbətən daha tənzim ediləndir: "Bu da təkrar mənzil bazarında qiymətlərin böyük sürətlə azalması ilə əsaslanır. Gələcəkdə daşınmaz əmlak bazarında qiymət azalması qaçılmazdır".

N.İbrahimov əlavə edib ki, fəallığın azalması tikinti sektoruna da toxunub: "Ümumilikdə hazırda Bakıda təqribən 75-80 tikilən bina var, onların 33 faizində tikinti işləri qismən və ya tam dayandırılıb. Bu, bank kreditləşməsinin azalması və tikinti şirkətlərinin maliyyə davamlılığının pisləşməsi ilə əlaqədardır".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR