İpoteka Fondu 5 milyon manatlıq istiqraz yerləşdirəcək
Bizi izləyin

Daşınmaz əmlak

İpoteka Fondu 5 milyon manatlıq istiqraz yerləşdirəcək

İpoteka Fondu 5 milyon manatlıq istiqraz yerləşdirəcək

İpoteka Fondunun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır.

Publika.az Bakı Fond Birjasına istinadən bildirir ki, 4 iyun 2014-cü il tarixindən İpoteka Fondunun (AİF) AZ2008008685 dövlət qeydiyyat nömrəli, faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Hərraca 5 000 000 AZN həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. İstiqrazlar 100.9417% qiymətlə satışa çıxarılacaqdır.

İstiqrazların ödənmə tarixi – 21 dekabr 2023-cü ildir. Təqdim olunan sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Respublikası Mərkəzi Bankıdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm