Tikintiyə hər ay 1 milyard manat xərclənib
Bizi izləyin

Daşınmaz əmlak

Tikintiyə hər ay 1 milyard manat xərclənib

Tikintiyə hər ay üzrə 1 milyard manat xərclənib

Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən beş ay ərzində əsas kapitala 6.1 milyard manat məbləğində vəsait yönəldilib.

Publika.az xəbər verir ki 4.4 milyard manat məbləğində tikinti-quraşdırma işləri görülüb. İnvestisiya qoyuluşu 2013-cü ilin müvafiq dövrünə nisbətən 6.0 faiz, tikinti-quraşdırma işlərinə sərf olunub. Vəsaitin həcmi 18.3 faiz artıb. Əsas kapitala yönəldilmiş vəsaitin 4.3 milyard manatını və ya 70.4 faizini daxili investisyalar təşkil edib. Ötən ilki səviyyədən 1.7 faiz, xarici investisiya 18.1 faiz yüksək olub.

Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilib. Beş ay ərzində 622.7 min kv.metr sahəsi olan yaşayış evləri, 2000 şagird yerlik ümumtəhsil məktəbləri, 672 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana tikilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm