Mərkəzləşdirilmiş Kredit Reyestrinə alternativ Kredit Bürosu yaradılır?
Bizi izləyin

Daşınmaz əmlak

Mərkəzləşdirilmiş Kredit Reyestrinə alternativ Kredit Bürosu yaradılır?

Mərkəzləşdirilmiş Kredit Reyestrinə alternativ Kredit Bürosu yaradılır?

Son günlər mətbuatda Kredit Bürolarının yaradılacağı ilə bağlı məlumatlar yer almaqdadır. Bəzi telekanallar hətta artıq 11 bankın büroya üzv olduğunu iddia edirlər.

Nəzərə çatdıraq ki, bu ideya Mərkəzi Bankın istehlak kreditlərinin araşyışsız verilməməsi ilə tələbləri sərtləşdirməsindən sonra gündəmə gəlib. Hazırda borcalanlarla bağlı məlumatlar Mərkəzi Bankın yanındakı Mərkəzləşdirilmiş Kredit Reyestrində toplanır.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Samir Əliyev Publika.Az-a açıqlamasında kredit bürolarının bütün dünyada fəaliyyət göstərdiyin söylədi: “Bu büroların yaradılmasının əsas məqsədi problemli kreditlərin həll edilməsidir. Yəni, müştəri haqqında məlumatlar orada toplanır.

Yalnız kredit ödənişləri deyil, kommunal xərclərin ödənişi, yol polis cərimələrinin vaxtında odənilməsi kredit bürosunda qeyd olunur. Əsas məqsəd müştərinin ödənişə nə qədər məsuliyyətli olmasını yoxlamaqdır. Bu baxımdan belə bir büro yaradılır və bütün məlumatlar büroya yerləşdirilir. Bankdan kredit almaq istəyərkən, bank büroya müraciət edir və müştəri haqqında məlumatları toplayır.

Sonda qərar qəbul edir ki, kredit verilsin ya yox. Kredit bürosunun işini, müəyyən qədər Mərkəzi Bankın nəznindəki Mərkəzləşdirilmiş kredit Reyestri də həyata keçirir. Əgər kredit bürosu işə düşsə, təbii ki, reyestrin həyata keçirdiyi funksiyaları büro həyata keçirəcək.

Büro istifadəyə verildikdən sonra reyestr Mərkəzi Bankın daxili istifadəsi üçün fəaliyyət göstərəcək. Yəni, vətəndaşlar üçün açıq fəaliyyət göstərməyəcək”. S.Əliyevin sözlərinə görə, büro yaradılarsa mütəqil qurum olaraq heç bir bankdan asılı vəziyyətdə olmayacaq: “Lakin büronun fəaliyyət göstərməsi üçün, “Kredit Büroları” haqqında qanun qəbul edilməlidir.

Bu qanun layihəsi hazırdır amma, hələ ki qəbul edilməyib. Bununla bağlı heç bir qanun qüvvədə deyil. Maraqlıdır ki, belə bir qanun qəbul edilməyibsə Kredit Bürosu necə fəaliyyət göstərə bilər? Heç cür mümkün deyil”.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm