Bakı metrosu üçün yeni vaqonlar – ÖZƏL - Foto
Bizi izləyin

Daşınmaz əmlak

Bakı metrosu üçün yeni vaqonlar – ÖZƏL - Foto

Bakı metrosu üçün yeni vaqonlar

Rusiyada Bakı Metropoliteninin sifarişi ilə yeni vaqonlar istehsal edilib. Artıq yeni vaqonlardan ibarət qatar Azərbaycana yola salınıb. Publika.az-ın məlumatına görə, yaxın vaxtlarda yeni tipli 81-760 (81-760A) markalı vaqonlar Bakı metrosunda sınaqdan keçiriləcək.

Bildirilir ki, bu vaqonlar Bakı metropolitenin tikilməkdə olan üçüncü xətti üçün nəzərdə tutulub.

Qeyd edək ki, keçən il yanvarın 1-də 5 yeni vaqondan ibarət yeni qatar istismara verilib və 6 ay ərzində Bakı metrosunun xətlərində sınaq müddəti keçib. Lakin həmin qatarlar Bakı metrosunun tələblərinə uyğunlaşa bilməyib və geri göndərilib.

Elturan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm