• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Enerji ehtiyatı - kimdə nə qədər var?

Enerji ehtiyatı - kimdə nə qədər var?

İngilis enerji nəhəngi BP, 2013 –cü ilin Dünya Enerji Hesabatının nümayişini edib. Hesabat üzərindən dünyanın enerjidə ən zəngin ölkələrini sıralayıb. Azərbaycan siyahıda yer almadı.

18 – Əlcəzair: Əlcəzairdə 12, 2 milyard barel neft ehtiyatı, 159,1 trilyon kubmetr təbii qaz ehtiyatı var. Ölkənin əlindəki enerji ehtiyatlarının mövcud dəyəri 3,4 trilyon dollar təşkil edir.

17 – Liviya: 48 milyard barel neft ehtiyatı, 54,6 trilyon kubmetr sübut edilmiş təbii qaz ehtiyatı ilə Liviyanın əlindəki enerji qaynaqlarının dəyəri tam 6 trilyon dollar təşkil edir.

16 – Hindistan: 5.7 milyard barel neft ehtiyatı, 47 trilyon kubmetr təbii qaz ehtiyatı və 60 milyon ton kömür rezervi ile Hindistanın əlindəki enerji qaynaqlarının dəyəri 6,5 trilyon dollar təşkil edir.

15 – Qazaxıstan: 30 milyard barel neft ehtiyatı, 45,7 trilyon kubmetr təbii qaz ehtiyatı və 33,6 milyon ton kömür rezervi ile Qazaxıstanın əlindəki enerji qaynaqlarının ümumi dəyəri 6,8 trilyon dollar təşkil edir.

14 – Nigeriya: 30 milyard barel neft ehtiyatı, 45,7 trilyon kubmetr təbii qaz ehtiyatı və 33,6 milyon ton kömür rezervi ile Qazaxıstanın əlindəki enerji qaynaqlarının ümumi dəyəri 6,8 trilyon dollar təşkil edir.

13 – Avstraliya: Avstraliya, əlindəki 3.9 milyard barel neft ehtiyatı, 132.8 trilyon kubmetr təbii qaz ehtiyatı və 76,4 milyon ton kömür rezervi ile 9 trilyon dollarlıq enerji qaynağına sahibdir.

12 – Türkmənistan: 600 milyon barel neft ehtiyatı, 618.1 trilyon kubmetr təbii qaz rezervi ile Türkmənistanın əlindəki enerji qaynaqlarının dəyəri 9,7 trilyon dollar təşkil edir.

11 – Küveyt: 101.5 milyard barel neft ehtiyatı, 63 trilyon kubmetr təbii qaz rezervi ile 11,8 trilyon dollarlıq enerji qaynağı tutur.

10 – Çin: Çinin əlində 17,3 milyard barel neft ehtiyatı, 109,3 trilyon kubmetr təbii qaz ehtiyatı, 11,45 milyon ton kömür ehtiyatı var. Ölkənin enerji qaynaqlarının dəyəri 13,2 trilyon dollar səviyyəsindədir.

9 – Birləşmiş Ərəb Əmrlikləri: Birləşmiş Ərəb Əmrliklərinin əlində, 97,8 milyard barel neft ehtiyatı, 215,1 təbii qaz ehtiyatı var. Ölkənin enerji qaynaqlarının dəyəri 13,8 trilyon dollar səviyyəsindədir.

8 – Qətər: Qətər, 23,9 milyard barel neft ehtiyatına, 885,1 trilyon kubmetr təbii qaz ehtiyatına sahibdir. Qətərın enerji qaynaqlarının dəyəri 16,4 trilyon dollar təşkil edir.

7 – İraq: İraq, 150 milyard barel neft ehtiyatına, 126.7 trilyon kubmetr təbii qaz ehtiyatına sahibdir. Ölkənin enerji qaynaqlarının dəyəri 18 trilyon dollar təşkil edir.

6 – Kanada: Kanada, 173,9 milyard barel neft, 70 trilyon kubmetr təbii qaz və 6,582 milyon ton kömür ehtiyatına sahibdir. Kanadanın enerji qaynaqlarının dəyəri 20,2 trilyon dollar təşkil edir.

5 – ABŞ: ABŞ-ın əlində 35 milyard barel neft ehtiyatı, 300 trilyon kubmetr təbii qaz, 237,3 milyon ton kömür ehtiyatı var. Dünyanın ən böyük iqtisadiyyatının enerji qaynaqlarının dəyəri 28,5 trilyon dollar təşkil edir.

4 – Səudiyyə Ərəbistan: Səudiyyə Ərəbistanının 265,9 milyard barel neft ehtiyatı, 290,8 trilyon kubmetr təbii qaz ehtiyatı var. Ölkənin enerji qaynaqlarının dəyəri 33 trilyon dollar təşkil edir.

3 – Venesuela: Latın Amerika ölkəsinin əlində 297.6 milyard barel neft ehtiyatı, 196.4 trilyon kubmetr təbii qaz ehtiyatı və 479 milyon ton kömür ehtiyatı var. Ölkənin əlindəki enerji qaynaqlarının dəyəri 34,9 trilyon dollar təşkil edir.

2 – İran: 157 milyard barel neft, 1,187.3 trilyon kubmetr təbii qaz ehtiyatı ilə İran, əlində 35,4 trilyon dollar dəyərində enerji qaynağı tutur.

1 – Rusiya: 87 milyard barel neft ehtiyatı, 1,163 trilyon kubmetr təbii qaz və 157 milyon ton kömür ilə Rusiyanın əlindəki enerji qaynaqlarının dəyəri 40,7 trilyon dollar təşkil edir.

Bu ölkəni eyni zamanda enerjidə ən zəngin ölkə mövqesinə də gətirir.

Odər Qəni

Xəbər lenti

DAHA ÇOX XƏBƏR