"Sovetski"dən son reportaj
Bizi izləyin

Daşınmaz əmlak

"Sovetski"dən son reportaj

"Sovetski"dən son məlumat

Ötən gün Sovetskidəki sökülən evlərə görə, əhali etiraz aksiyası keçirib.

Səhəri gün isə aksiya iştirakçılarından bir neçə nəfər Yasamal rayon İcra Hakimiyətinə dəvət olunub. Sakinlər İcra Hakimiyətinin müavini, Köçürmə komissiyasının sədri Səməd İslamovla görüşüb.

Görüşdə iştirak edənlərdən biri də, Yaşar Qafarov olub. Y.Qafarov, Sovetskidə Narimanov küçəsinin ağsaqqalı hesab olunur.

Y.Qafarov Publika.Az –a görüşlə bağlı açıqlama verib. “Görüşdə gördük ki, bunlar yaxşı insanlardır. Əllərindən gələn köməkliyi göstərirlər.

Amma, məlum olur ki, bu onlardan deyil, məmurlardan asılıdır. Görüşdə bizə bildirdilər ki, mitinq lazım deyil. Dövlət bu məsələyə baxır. Biz başa düşürük ki, məbləğ azdır. Amma, bu qiymətlə razılaşanlar var deyə, biz heçnə edə bilmirik. O ki qaldı razılaşmayanlar, təbii ki bu barədə söhbət edəcəyik və bir qərara gələcəyik”.

Y.Qafarov həmçinin bildirdi ki: “Bu məsləyə tezliklə baxılmasa toplantıların, mitinqlərin davamı gələcək. Sakinlərə 1500 manat verib küçəyə atmaq insanlığa yaraşmaz. Biz, cənab prezidentin siyasi kursunu dəstəkləyirik amma, xahiş edirik bu məsələyə baxılsın.

Dünənki mitinq çox sakit keçdi. Heç bir intindent olmadı, olada bilməzdi. Ancaq, gələcək toplantılarda nəyin baş verəcəyini heç kim zəmanət verə bilməz. Çünki, səbrimiz tükənib. Sakinlərin tələbi böyük deyil. Sadəcə, qiymət gülməli qiymətdir.

Dilənçi qiyməti deyə bilərik buna. Mən şəhərin mərkəzində yaşayıram. Evlər söküləndən sonra Pirişküldə yaşamalıyam mən?! Hətta mənzil verilməsinə belə razıyıq.

İki otaqlı mənzilim var iki otaqlıda mənzil versinlər. Amma şəhərin mərkəzinə yaxın yerlərdə. 100 – 120 mindən aşağı heç yerdə ev yoxdur. İndi biz nə etməliyik? 16 – 20 kvadratmetr olan evlər var. Bəs onlar nə etsin. Onlarda bizim əhalinin bir üzvüdür. Hər kəsi düşünmək lazımdır. Ən aşağı qiymət, hər kvadratmetrə 3000 manat olmalıdır ki, sakinlər normal ev ala bilsin.

Pul verilməsə belə heç olmazsa normal mənzil verilsə, məndə nəvələrimi yığaram başıma və qalan ömrümü başa vuraram. Narazı olan sakinlər, təxmini olaraq 8 – 10.000 arasıdır. Yəni kütlə böyükdür. Mən bütün müxalifət və qeyri dövlət təşkilatlarına öz minnətdarlığımızı bildiririk. Amma, bizim toplantılarımıza qoşulmasınlar. Çünki, bizim siyasi tələbimiz yoxdur.

Sadəcə, evlərin kompensasiyasını normal şəkildə almaq istəyirik”.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm