Daşınmaz əmlak
Tikinti şirkətləri nəyi düz etmir?
Dünən Respublika Prokurorluğu daha bir tikinti şirkəti haqqında cinayət işi qaldırıb. Bəlli olub ki, şirkət inşası heç də başa çatmayan binada virtual mənzilləri bir neçə nəfərə satıb. Mənzillər yoxdur, nə zaman inşa ediləcəyi bəlli deyil, amma həmin evlərin bir neçə sahibi var. Söhbət heç də müştərilərdən getmir, məhz pul ödəyib evsiz qalan sahiblərdən gedir.
Yəqin ki, bu “tapıntı” yalnız Azərbaycan tikinti şirkətlərinə
xasdir. Dünyanın digər hansı ölkəsində belə fırıldaqçılara rast
gəlmək olmaz. Çox acnacaqlıdır: inşa etdiyi mənzillərə kifayət
qədər yüksək qiymətə satan və əslində bununla da gəlirlərini təmin
edən tikinti şirkətləri hətta bu pul ilə kifayətlənməyərək
vətəndaşları aldadıb onların qənaət edərək illərlə yığdığı pulları
əllərindən alırlar.
Aydındır ki, vətəndaşları aldatmış tikinti şirkətlərinin
sahiblərinin həbs olunması mənzil üçün pul ödəyənlər üçün ciddi heç
nəyi dəyişmir. Onlar onsuz da mənzilə sahib olmurlar. Çünki nə bina
inşa edilib, nə də onların pullarını geri qayatacaq kimsə var. Bəs,
gələcəkdə belə halların qarşısını necə almaq olar?
Birincisi, Ukraynada olduğu kimi Azərbaycanda da tikinti
şirkətlərinin internet səhifəsinin olması icbari xarakter
daşımalıdır. Öz internet səhifələrində tikinti şirkətləri inşa
edilən və ya inşa ediləcək binada satılan mənzillərlə bağlı məlumat
yerləşdirir. Bu da imkan verir ki, alıcı hər hansı bir şirkətin
inşa etdiyi binada mənzil almaq istəyərkən həmin şirkətin veb
səhifəsinə daxil olmaqla müəyyən edə bilsin ki, hansı mənzillər
satılıb, hansılar satılmayıb. Eyni zamanda, tikinti şirkəti öz
saytında hər bir müştəriyə xüsusi kabinet açır və o da mütəmadi
olaraq ora daxil olaraq ödəniş, tikinti prosesi və digər
məlumatları əldə edə bilir. Bu eyni zamanda, şirkətlərin şəffaf
işləməsinə imkan yaradır.
İkincisi, bir sıra Cənubi-Şərqi Asiya ölkələrində olduğu kimi
mənzillərin bölgüsü ilə bağlı xüsusi komissiyanın yaradılması
mümkündür. Belə komissiyalar əksər hallarda dövlət qurumlarının və
ya yerli icra hakimiyyəti orqanlarının nəzdində yaradılır. Bu zaman
həmin komissiya mənzillərin qiyməti və ya kimə satılması ilə bağlı
məsələlərə müdaxilə etmir. Sadəcə, satılan mənzillərin qeydiyyatını
aparır. Bu qeydiyyatın hətta sonrakı mərhələdə elektronlaşdırıla
bilər. Yəni, məsələn, yeni inşa edilən binada 3-cü blok 10 saylı
mənzil satılbsa artıq onun məlumatlarını sistemə yenidən daxil
etmək olmur, elektron sistem qəbul etmir və bununla da alıcı həmin
mənzil artıq satıldığını bilir.
Üçüncüsü, Məhdud Məsuliyyətli Cəmiyyətlərin (MMC) tikinti ilə
məşğul olması birmənalı şəkildə qadağan edilməlidir. Doğrudur,
hal-hazırda mənzil sənədləri verilən zaman şirkətin statusunun MTK
olması tələb edilir. Bununla belə, praktika göstərir ki,
vətəndaşları aldadanlar da məhz MMC kimi fəaliyyət göstərən
cəmiyyətlərdir. Məsuliyyəti məhdud olduğuna görə vətəndaşlar
aldadılanda, onların qarşısında öhdəliklər yerinə yetirilməyəndə
həmin quruma qanunvericiliklə təsir imkanı xeyli məhduddur. Onların
qanuna əsasən məsuliyyəti məhdud olduğuna görə öhdəlikləri də
məhdud olur. Bəzi hallarda aşkarlananda ki, MMC-lər vətəndaşları
aldadırlar, o halda belə vətəndaşlara dəymiş ziyanı bərpa etmək
mümkün olmur və ya vətəndaşların hüquqlarının qorunmasında problem
yaranır.
Dördüncüsü, mənzillərin satılması zamanı nağd ödənişlər qadağan
edilməlidir. Ödənişlər yalnız banklar vasitəsi ilə həyata
keçirilməlidir və həyata keçirilən bank əməliyyatı ilə bağlı isə
bütün məlumatlar şirkətin saytında yerləşdirilməlidir.
Beşincisi, qanunvericilikdə dələduzluqla məşğul olan tikinti
şirkətlərinə qarşı cərimələrin və cəzanın daha ağırlaşdırılmasına
ehtiyac var. Çünki bu məsələdə inzibati metodlar da az təsirə malik
deyil.
İqtisadçı Vüqar Bayramov
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK