Torpaq sahəsini kimdən alaq?
Bizi izləyin

Daşınmaz əmlak

Torpaq sahəsini kimdən alaq?

Torpaq sahəsini kimdən alaq?

Torpaq sahəsi alaraq ev tikmək istəyənlər bir çox məsələləri göz önünə qoymalıdır. Məsələn, sənədləşmə, torpaq sahəsinin təyinatı və s. Bəzi torpaq sahələrini isə Bələdiyyədən alırlar və ev tikiləndən sonra “kupça” ala bilmirlər. Bunun həllini tapmaq üçün araşdırma apardıq və bir çox suallara cavab tapdıq.

Ev tikərkən və ya tikdikdən sonra nələr etməlisiniz? Bu kimi suallara cavab vermək üçün İqtisadçı – Ekspert Rövşən Ağayevə müraciət etdik. R.Ağayev suallarımıza cavab olaraq bilirdib ki:

“Tikinti üçün istifadə olunan torpaqları yalnız Bələdiyyə verə bilər. Yəni üzərində heç bir tikinti aparılmayan mənzil tikinti təyinatlı torpaq hesab olunursa, yalnız Bələdiyyələr tərəfindən verilir.

Amma sahibkarlıq məqsədi ilə, məsələn, kimsə mağaza, şirkət, müəssisə və s. kimi tikinti aparırsa, o torpaqları İcra hakimiyyəti də verə bilər. Bizim qanunvericiliyimizdə Bələdiyyə torpaqlarının satışına bağlı mexanizmlər daha dəyişikdir. Biz bununla bağlı sahibkarlar arasında sorğu keçirmişdik. Sahibkarlar, İcra Hakimiyətindən necə torpaq almalıdır və torpağın satılması şərtləri necədir? Bununla bağlı bizim qanunvericiliyimizdə alınan torpaqlar mütləq hərrac və müsadirə ilə keçirilməlidir.

Amma 2007 –ci ilə qədər olan məsələlərdə iki məsələ var. Əgər qanuni şəkildə Bələdiyyə torpaq alan şəxsə iclasın sərəncamı, qərarı ilə veribsə və verilən torpaqlar Bələdiyyəyə ayrılmış torpaq xəritələrində mənzil tikinti təyinatı ilə verilibsə, dövlət buna çıxarış verməlidir. Yəni bundan imtina edə bilməz. Əgər imtina edərsə, demək burda dövlət orqanları günahkar və məsuliyyət daşıyır.

Bələdiyyələrə torpaq sahələri xüsusi təyinatla verilir. Məsələn, kənd təsərrüfatı, sənaye, ticari və tikinti təyinatlı torpaqlar və s. Bizim qanunvericilik torpaq məcəlləsində əsasən üç təyinatlı torpaqlar verilir. Kənd təsərrüfatı, mənzil və iqtisadi təyinatlı torpaqlar. İqtisadi təyinatlı torpaqlar hər şeyə aiddir. Sənaye müəssisəsi, ticarət obyekti və s. kimi obyektlər”.

İyirminci sahə ərazisində, neft buruqlarının yanında yaşayan (məskunlaşan) insanlar var. Onlara torpaq sahələrini kim satıb?

Burada başqa bir hal da var. Yəni üç cür mülkiyyət. Bələdiyyə, dövlət və özəl mülkiyyət. Bütün mülkiyyətlər, konstitusiyaya görə müstəqil sərəncam vermə hüququ var. Yəni hər mülkiyyətin öz sahibi var. O kimi ərazilər dövlət neft şirkətinin əraziləri hesab olunur. Əgər Bələdiyyə dövlət torpaqlarına sərəncam verirsə, bu, birbaşa cinayət və məsuliyyət yaradır. O torpaqların sərəncamı yoxdur. Sadəcə olaraq zəbt olunmuş torpaqlar hesab olunur. O ərazilərdən ayrıca xəbərim var. Amma, o ərazilərdə Bələdiyyələrin heç bir rolu yoxdur. Sadəcə, o torpaqların qanunsuz ayrılmasına səbəb yerli İcra hakimiyyəti orqanlarıdır. İnsanlardan qeyri rəsmi şəkildə vaxtı ilə pul alaraq torpaqları veriblər.

Tikilən evlərin sənədləşməsi üçün pullar tələb olunur.

2000 –ci ilə qədər torpaq sahələrini İcra Hakimiyyəti verirdi. Yəni o vaxta kimi kimlərsə ev tikibsə və İcra Hakimiyyətinin qərarı varsa, onlarda Bələdiyyənin verdiyi sənədlə eyni hüquqa malikdir. O sənədlərə də əmlak komitəsi çıxarış verməlidir. Heç bir rüşvətdən söhbət gedə bilməz.

Torpaqları Bələdiyyədən ya İcra Hakimiyyətindən almaq lazımdır?

İcra Hakimiyyəti mənzil üçün torpaq sahəsi verə bilməz. Bu, bir başa qanunsuzluqdur. İcra Hakimiyyətinin insanlara mənzil üçün torpaq vermə hüququ yoxdur. Yəni, onlar torpaq fondu yoxdur. Amma, sahibkarlıq məqsədi ilə, məsələn, bərbərxana, mağaza və s. kimi torpaq alsanız, o zaman hər iki tərəfdən torpaq ala bilərsiniz.

Torpaq Xəritə Çəkmə komitəsinin vəzifəsi nədir?

Torpaq Xəritə Çəkmə komitəsi yalnız təşkilatçı rolunu oynayır. Çünki, bu gün Bələdiyyə və Dövlət torpaqlarının hərracda satışını, Torpaq Komitəsi həyata keçirir. Torpaq Xəritə Çəkmə Komitəsinin bir işi də xəritələri təqdim etməkdir. Yəni xəritələri çəkir və Əmlak Komitəsinə təqdim edir.

İcra Hakimiyyətinin nümayəndələri ev tikənləri yoxlaması.

İcra hakimiyyətinin nümayəndələri yalnız bir şərtlə gələ bilər. O da yalnız sənədlərə baxış ola bilər. Hansı sənədlər? Torpaq və memarlıq sənədləri. Əgər bütün sənədlər yerində olarsa və nümayəndələr sizdən rüşvət tələb edərsə, bu bir başa qanun pozuntusudur. Torpaq və memarlıq sənədləri yerində olan vətəndaşın heç nədən qorxmağa, çəkinməyə ehtiyacı yoxdur.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm