Mənzillərin qiyməti qalxır?
Bizi izləyin

Daşınmaz əmlak

Mənzillərin qiyməti qalxır?

Son zamanlar paytaxtda mənzillərin qiymətində artım müşahidə olunur. Əksəriyyət bunu “Ağ şəhər” layihəsi və “Sovetski”də başlayan söküntü ilə əlaqələndirirlər. Xüsusən də köhnə binalardakı evlərin qiymətinin daha çox artdığı deyilir. Ekspertlərin fikrincə “Ağ şəhər” layihəsi və “Sovetski”dəki söküntü başa çatdıqdan, insanlar özlərinə ev aldıqdan sonra evlərin qiyməti ucuzlaşacaq.

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanov deyir ki, qiymət artımı söküntülərlə bağlıdır: “Onu deyə bilərəm ki, “Ağ şəhər” layihəsinin qiymət artımına aidiyyəti yoxdur. Çünki orada yaşayan əhali çoxdan başqa yerə köçüb. Ancaq “Sovetski”dəki söküntü bazarda mənzillərin qiymətinin dəyişməsinə gətirib çıxara bilər. Amma indiki halda kəskin qiymət dəyişmələri müşahidə olunmur. Yanvar ayının hesabatına görə, təxminən iki faizə yaxın artım müşahidə olunur. Fevral ayının isə aylıq monitorinqinin yekunlarının nəticələri açıqlanmayıb. Bizim proqnozumuza görə fevral ayında 4.5 faiz qiymət artımı gözlənilir. Bu da təbiidir. Çünki, vətəndaşlara kompensasiya ödənilməsi, onların bazara gəlməsi qiyməti artırır. Əsas qiymət dəyişmələri aprel və iyul aylarında olacaq”.

Ekspertin fikrincə, qiymət artımının qarşısını almaq üçün ya söküntülər dayandırılmalı, yaxud da evi sökülənlərə kompensasiya yox ev verilməlidir.

Elmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm