Torpaq bazarında son qiymətlər Publika.Az-da
Bizi izləyin

Daşınmaz əmlak

Torpaq bazarında son qiymətlər Publika.Az-da

2013-cü ilin II yarısında torpaq bazarında müşahidə edilən qiymət azalmasının əksinə olaraq 2014-cü ilin ilk ayında bahalaşma baş verib.

“MBA Consulting Group” şirkətinin rəhbəri Nüsrət İbrahimovun Publika.Az-a açıqlamasına görə, yaranmış vəziyyət qış fəslinin tədricən sona yetməsi və tikinti sektoru üçün qarşıdan mövsümi ayların gəlməsi ilə bağlıdır: “Yanvar ayının əvvəlindən “sovetski” deyilən ərazidə köhnə tikililərin söküləyəcəyi qərarı Bakı şəhərinin torpaq bazarında qiymətlərin artması ilə nəticələnib. "MBA Consulting Group" şirkətinin torpaq bazarında apardıqları müşahidələrin nəticəsinə görə torpaq sahələrinin satış müddəti (ekspozisiyası) ötən aya nisbətən -3,92% azalıb. Yanvar ayı ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 2,35% artaraq 17 240 dollar/sot səviyyəsindən 17 646 dollar/sot səviyyəsində qərarlaşıb.

2014-cü ilin ilk ayında Bakı şəhərinin əksər rayonları üzrə qiymət artımı müşahidə olunmasına baxmayaraq Xətai, Abşeron, Qaradağ və Sabunçu rayonlarında qiymət azalması müşahidə olunub”.

N.İbrahimovun sözlərinə görə, ən çox qiymət azalması mərkəzdənkənar rayonlarda qeydə alınıb: “Hazırda torpaq bazarında ən aktiv rayonlar Nəsimi, Yasamal, Nərimanov rayonları, ən passiv rayon isə Sabunçu və Qaradağ rayonlarıdır. 2014-cü ilin yanvar ayında torpaq bazarında aktivlik şəhərin III və IV zonalarında artıb. Qiymətlərin və torpağa olan tələbin artması təklif portfelinin həcmində son ayda azalması ilə müşahidə olunub. Göründüyü kimi təklifin həcmi II-IV zonalarda artım, III zonada isə azalma ilə müşahidə olunub. Zonalar üzrə qiymətlər aktivliyə uyğun olaraq müxtəlif templə dəyişmiş, qeyri-mövsümi aylarda olduğu kimi, IV zona istisna olmaqla, qalan üç zonalarda torpaq sahələrində qiymətlərin artımı müşahidə edilib”.

Zonalar

dekabr 2013, $/sot

yanvar 2014, $/sot

orta qiymət dəyişməsi, %

I zona

263452

264102

0,25

II zona

149556

152627

2,05

III zona

30505

35985

17,96

IV zona

5581

5212

-6,61

Ekspert deyir ki, hesabat ayında qiymətlərin artması I, II və III zonalar üzrə qeydə alınıb: “Qiymətlərin artması bir tərəfdən qış mövsümünün tədricən sona yaxınlaşması ilə izah edilirsə, digər tərəfdən isə şəhərdə söküntü və bundan doğan fəsadlarla və tikintiyə icazənin sərtləndirilməsi əlaqələndirilir. Torpaq bazarında azalan təklif, aktivliyin və təlabatın artması ilə bağlı olub. Ekspozisiya müddətinin azalması isə əvvəldən də gözlənilən idi. Ay ərzində torpaq bazarına təklif olunan ümumi 631 ədəd torpaq sahəsinin 90.0%-i boş sahə, qalanı isə qеyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil еdib. Yеni tikililərin salındığı torpaq sahələrinin 20.1%-i köhnə yararsız еvlərin sökülməsi, 5.5%-i kеçmiş sənayе və məişət obyеktlərinin yеrləşdiyi torpaqlarda, qalan hissəsi isə yеni torpaqların alınması hеsabına aparılıbdır. Təklif portfelində torpaq sahələrinin orta sahəsi 52,04% artaraq 40,3 sot/sahə təşkil edib. Ay ərzində torpaq bazarında təklif portfelinin həcminin azalması demək olar ki, şəhərin bütün hissələrində müşahidə edilib. Bazarda təklifin azalması təbii ki, satışın həcminin alıcıların gözləmə mövqeyinə üstünlük vermələri ilə bağlı olub”.

O da məlum olur ki, 2014-cü il yanvar ayı ərzində Bakı şəhəri torpaq bazarında orta qiymətlər artım ilə yadda qalıb. Qiymət indеksi ay ərzində 2,35% artaraq 8,832 səviyyəsində qərarlaşıb.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm