• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bahalı evlərin qiyməti “dəvə belinə” yüksəlib

Bahalı evlərin qiyməti “dəvə belinə” yüksəlib

“İlkin yaşayış mənzil bazarında yanvar ayında aktivliyin artması, bazarda əqdlərin sayının artımının nəticəsi kimi baxmaq olar”.

Bunu Publika.Az-a müsahibəsində MBA LTD” Qiymətləndirmə və Konsaltinq” şirkəti nin rəhbəri Nüsrət İbrahimov bildirib. O son illər üzrə qiymət indeksinin artımının müşahidə edildiyini söyləyib.

Ekspertin dediyinə görə , buna da səbəb bir tərəfdən paytaxtda söküntü prosesinin artması və digər tərəfdən isə, tikintinin həcminin azalması nəticəsində ucuz mənzillərin təklif portfelində tədricən tükənməsi və nəticədə əvvəllər satılılmayan (yüksək qiymətə bazara təklif edilən) mənzillərin təklif portfelində paylarının artmasıdır: “2014-cü ilin yanvar аyının sonuna Bаkı şəhəri üzrə ilkin yaşayış mənzil bаzаrında аrаşdırılmаyа məruz qаlаn iri çoxmənzilli yaşayış binаlаrın sаyı 103 ədəd, satışa təklif olunan mənzillərin sayı isə 600 ədəd оlub.

2013-cü ilin əvvəlindən ilkin yaşayış mənzil bazarının təklif portfelinin strukturunda, o cümlədən, binaların keyfiyyət göstəricilərinə görə bölgüsündə və inzibati rayonların təklif portfelində pay bölgüsündə dəyişiklik davam edib.

Bazarda təklifin həcmində ay üzrə artım (əsasən “premium” və “VİP” evlər), il üzrə isə azalma müşahidə olunub. Son bir il ərzində təklifin həcmində azalma tendensiyası aşkar görünsə də, yanvar ayında ümumi təklif pоrtfеlində yaşayış mənzil sahələrinin sayında ötən ilin II yarısına nisbətən canlanma müşahidə olunub.

Bu artıma səbəb kimi, bir sıra tikinti şirkətlərinin və investorların öz maliyyə problemlərinin həlli olaraq bazara əlavə (əsasən qiyməti 1500-4000 $/kv.m olan) mənzil çıxartmaqları ilə bağlamaq olar.

Artım əsasən bahalı mənzil bazarında müşahidə edilir”. N.İbrahimov ay ərzində ucuz mənzillərin təklif portfelində azalmaların davam etdiyini deyir: “Çoxmənzilli yaşayış binalarında təklif portfelinin artması müvəqqəti xarakter daşıyır.

Ay ərzində iri çoxmənzilli yaşayış binalarında təklifin həcmi şəhərin III zonasında mütləq çoxluq təşkil edirsə, villa və fərdi evlərin satış portfelində IV zona üstünlük təşkil edib.

Yaranmış vəziyyət isə son nəticədə həm əhalinin sıxlığının bu zonada artmasına və həmçinin qiymətlərin yüksəlməsinə zəmin yaradır. Məhz bu amil təklif portfelində də struktur yerdəyişmələrinə səbəb olur və təklif portfeli, həmçinin aktivlik tədricən şəhərin mərkəzindən uzaqlaşır.

Yanvar ayı üzrə hər I və II zonalarda müəyyən qədər artım qeydə alınıb. Şəhər üzrə sаtış üçün təklif оlunmuş mənzillərin оrtа qiyməti yanvar аyı ərzində 2,30%, 2013-cü ilin müvafiq ayına nəzərən isə 25,1%, ilkin mənzil bazarında isə uyğun olaraq 3,05% və 33,9% artаrаq 1181 $/kv.m olub”.

Ekspert deyir ki, bazarda satış qiymətləri son 1 il ərzində artıma meyllidir: “Qiymətlərin artım tempi ətraf region paytaxt şəhərlərində daşınmaz əmlakın qiymət artımına, bazarda pul kütləsinin və əhalinin gəlirlərinin artım tempinə uyğundur.

Yanvar ayında ilkin bazarda qeyri-yaşayış sahələrinin satış qiymətinin artması mənzil bazarında qiymətlərin artımı ilə bağlı olub. Əvvəlki ildən fərqli olaraq 2014-cü ilin əvvəlindən “elit” mənzillərin qiymətlərində sıçrayışlı müşahidə olunub. “Elit” mənzillərə qiymət artımı şəhərin II zonası olan Yasamal və Nəsimi rayonlarında daha çox hiss edilir”.

Leyla

Xəbər lenti

DAHA ÇOX XƏBƏR