Sinqapur dünyanın ən bahalı şəhəri oldu - Siyahı
Bizi izləyin

Daşınmaz əmlak

Sinqapur dünyanın ən bahalı şəhəri oldu - Siyahı

Sinqapur dünyanın ən bahalı şəhəri oldu - Siyahı

Sinqapur dünyanın ən bahalı şəhəri oldu-Siyahı Economist Intelligence Unit (EIC) tərəfindən ildə iki dəfə hazırlanan dünyanın ən bahalı şəhərləri siyahısı açıqlanıb.

Publika.Az xəbər verir ki, EIC New Yorkdakı qiymətləri əsas götürülərək dünyanın 131 şəhərindəki həyat bahalılığı ölçülüb.

Yemək, içki, geyim, kirayə, nəqliyyat, elektrik, su və xüsusi məktəb kimi sahələrdəki qiymətlərin müqayisəsi aparılıb. Bir əvvəlki siyahıda dünyanın ən bahalı şəhəri olan Tokio bu dəfə ilk beşliyə daxil ola bilməyib. Siyahıya Sinqapur rəhbərlik edib.

Paris, Oslo, Surix, Sidney dünyanın ən bahalı beş şəhəri olub. Həyatın ən ucuz olduğu şəhərlər Şam, Katmandu, Yeni Delhi, Karaçi və Mumbaidir.

Artan avtomobil qiymətləri və güclü pul vahidi Singapuru siyahının əvvəlinə gətirib. Tokio isə altıncı sırada yer alıb. Paris Avropanın ən bahalı şəhəri olub.

Diqqəti çəkən həyatın ən ucuz olduğu şəhərlərin hamısının Asiyada yerləşməsidir. Vətəndaş müharibəsilə sarsılan Suriyanın paytaxtı Şam ən ucuz şəhərlər arasına daxil olub.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm