43 yaşlı Kolumbiya gözəlinin dəbdəbəli ziyafət libasları - FOTOLAR
Bizi izləyin

Dəb

43 yaşlı Kolumbiya gözəlinin dəbdəbəli ziyafət libasları - FOTOLAR

Seksual Kolumbiya gözəli Sofiya Verqara bir ildə milyon dollar qazanır, “Birkin” çantalarının kolleksiyasını toplayır, dekolteli paltarlar geyinməkdən, ağır boyunbağılar taxmaqdan yorulmur. O, hətta qocalmaqdan da qorxmur. Əksinə, illər bu qadının xeyrinə işləyir. Siması gündən-günə gəncləşir. 40 yaşından sonra aktrisa böyük şöhrət əldə edir, uzun illər axtardığı ikinci yarına qovuşur. Belə ki, Sofiya Verqara sevgilisi Co Manqanlen ilə evlənməyə hazırlaşır. Publika.az xəbər verir ki, dünən aktrisa 43 yaşını qeyd edir.

43 yaşlı Kolumbiya gözəli Sofiya Verqaranın belə gənc və formada qalmasının sirri nədədir?

Menyuda hər zaman daha çox yaşıl yarpaqlı bitki və tərəvəzlərə yer verir. Daha sağlam qidalanmağa, təbii çəkilmiş meyvə suyu içməyə və tərəvəz yeməyə çalışır.

Sofiya idman zallarına nifrət etsə də, formada qalmasının daha bir sirri pilates və rəqsdir. O, hər gün rəqs və pilateslə məşğul olur.

Qüsursuz görünməyin isə tamamilə özünə güvən ilə bağlı olduğunu bildirən gözəl ulduz “Orqanizminiz necə olursa-olsun, özünüzə güvən sayəsində özünüzü daha yaxşı hiss edərsiniz" deyir.

Publika.az aktrisanın ən yaddaqalan ziyafət libaslarının fotolarını təqdim edir:

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm