Bədəni cazibəli göstərən aksessuar dəbi – FOTOLAR
Bizi izləyin

Dəb

Bədəni cazibəli göstərən aksessuar dəbi – FOTOLAR

Bədənə taxılan “Body chain” adlandırılan zəncirlər ilk dəfə 1990-cı illərdə dəbə minib. Lakin onlar uzun müddət aktual ola bilməmişdi. Dizaynerlər ötən ildən göbək zəncirlərinin cazibəsini xatırlayaraq bu aksessuarları yenidən dəbin gündəminə gətiriblər. Dekolte hissəsini bəzəyən bu yeni aksessuar bədəni çox cazibəli göstərir.

Bu zəncirlərin tarixinə nəzər salsaq, onların əslində hindli qadınların sarinin altından asdığı milli aksessuar olduğunu deyə bilərik. Aksessuar dəlisi olan hindli qadınlar göbəyi açıq sari geyinəndə bellərini zəncirlə bəzəməyə üstünlük verirdilər. Avropalı qadınlar bu zəncir detalını bəyəndiyi üçün dizaynerlər onun modern variantlarını dəb həvəskarlarının ixtiyarına buraxıblar. Üstəlik, göbək zəncirlərinin çiyinə, hətta ayağa taxılan modelləri də təklif olunur. Bu aksessuardan əvvəllər daha çox bikini ilə birlikdə istifadə edilərdi. İndi isə geyimlərin üstündən asıla bilir. Tərzindən asılı olaraq göbək zəncirlərini bədənin istənilən yerindən taxmaq olar. Şifon və nazik köynəklərin üstündən də taxmaq şansınız var.

Bu aksessuarlar bohem stilinin də əvəzolunmaz detalıdır. Dünya ulduzları arasında bu trendə ayaq uyduranlar çoxdur. Başda Rihanna olmaqla, Beyons, Vanessa Hadgens, Mayli Sayrus, Nikole Şerzinger və.s kimi ulduzların sevdiyi aksessuardır. Son zamanlar Beyonsun və Rihannanın kliplərində onların bədəninə və ayağına taxdığı zəncirlər bu aksessuarın ön plana çıxmasına səbəb oldu.

Bədən zəncirlərinə aid bir neçə nümunə toplamışıq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm