Heyrətamiz üslubu ilə ad çıxarmış rus gözəlləri - FOTOLAR
Bizi izləyin

Dəb

Heyrətamiz üslubu ilə ad çıxarmış rus gözəlləri - FOTOLAR

Rus qızlarının gözəlliyi hələ qədim dövrlərdən dillərə dastandır. Lakin son iki ildə rus qızları həm də zövqü ilə ad çıxarıblar. Qərbdə moda jurnalları və saytları tez-tez çox yaxşı geyinən gözəllər haqqında yazmaqdan yorulmurlar. Publika.az Rusiya moda həftələrində heyrətamiz üslubu ilə ad çıxarmış 8 ən tanınmış stil ikonlarını təqdim edir.

Yelena Perminova

28 yaşlı hündürboylu, nərmə-nazik sarışın model heç bir dəb şousunu buraxmır, hər dəfə də tanınmış brendlərin qeyri-standart geyimlərini qarışdıraraq tənqidçiləri təəccübləndirir. Lakin o, yalnız moda ehtirası ilə yaşamır. Lena həm də sahibkar Aleksandr Lebedevin sadiq həyat yoldaşı və 3 uşaq anasıdır. Buna görə də, Perminovanın ailə şəkilləri pərəstişkarlarını dəbli obrazlarından heç də az sevindirmir.

Natalya Vodyanova

Natalya Vodyanova bu siyahıda daha bir çoxuşaqlı anadır. İnanmaq çətin olsa da, bu zərif məxluq 4 uşaq dünyaya gətirib. Kasıb ailədə böyüyən 33 yaşlı model kəşməkəşli həyat yolu keçib. O, Nijni Novqorod şəhərindən Parisə köçüb, dünya podiumunu fəth edib. “Calvin Klein”, “Chanel” kimi tanınmış brendlərin siması olub və "Çılpaq ürək" xeyriyyə fondu təşkil edib. Nataşa onun zərifliyini vurğulayan üsluba üstünlük verir, həm də trendlərdən asılı deyil. Bir çox moda tənqidçiləri bildirirlər ki, Vodyanovanın geyim tərzi əsl parisli üslubudur.

Ulyana Serqeyenko

Bu il Paris Yüksək Moda Həftəsinin əsas proqramı çərçivəsində kutyur kolleksiyasının nümayişi zamanı rusiyalı dizaynerin işlərini hətta ən sərt tənqidçilər belə rəğbətlə qarşıladı. Bu uğuru ilk olmayan 33 yaşlı Ulyana əsl retro-divadır. O, dəb həftələrində gözəlliyini ən yaxşı geyimləri ilə vurğulayır. Bundan başqa, Ornella Muti, Dita fon Tiz, Rihanna, Kim Kardaşiyan və digər ulduzlar lətafətli gözəlin geyimlərini böyük məmnuniyyətlə öz üzərlərində nümayiş etdirirlər.

Ksenya Sobçak

Rusiyanın ən qalmaqallı teleaparıcısı və “avtozaqar” həvəskarı Ksenya Sobçak da eleqant geyimlərin və “Christian Louboutin” stilettlolarının pərəstişkarıdır. 33 yaşlı teleaparıcının fanatları buna yalnız sevinirlər. “LOFFICIEL” jurnalının redaktoru olması isə dəb qurbanına çevrilməsinə və qüsurlara yol verməsinə imkan vermir.

Mirosluva Duma

Artıq neçə ildir ki, bu miniatür xanım ardıcıl olaraq dəb jurnallarını üslubu ilə fəth edir. Lakin o, trendlərə kor-koranə əməl etmir, müxtəlif üslubları və rəngləri qarışdırmaqdan qorxmur. Miroslava Duma Paris və Nyu-York küçələrini fəth etməklə kifayətlənmir. 30 yaşlı jurnalist bütün dünyada şöhrət qazanan “Buro247” layihəsinin qurucusudur . "Buro247" bu gün 10 ölkədə fəaliyyət göstərir, öz oxucularına moda, gözəllik və mədəniyyət haqqında yazılar təqdim edir.

İrina Şeyk

İrina model karyerasına gözəllik müsabiqəsində qalib gələrək başlayıb. Qeyri-adi üz cizgilərinə və bədən quruluşuna malik olan model qısa vaxt ərzində ABŞ və Avropada işləmək təklifi alır. Hətta 2007-ci ildə nüfuzlu “Sports Illustrated Swimsuit” jurnalının üz qabığına çəkilib. O, “Armani Exchange” və “Lacoste” kimi moda evlərinin simasıdır. 29 yaşlı model cazibəli bədəninə güvəndiyi üçün seksual paltarlar seçir. O, adətən, uzun ayaqlarını vurğulayan dərin dekolteli nəfis libaslar seçir.

Daşa Jukova

Moda 34 yaşlı Daşa Jukovanın həyatında mühüm yer tutur, amma onu müasir incəsənət daha çox narahat edir. Jukova Müasir İncəsənət Muzeyinin direktorudur, eyni zamanda bir neçə xeyriyyə layihələrinin rəhbəridir. Onun bütün çıxışları müzakirələrə səbəb olur, onların hər biri darıxdırıcı olmayan zərifliklə fərqlənir və cazibədar təbəssümlə müşayiət olunur.

Natalya Qoldenberq

30 yaşlı Natalya Qoldenberq ilk növbədə maraqlı üslub ilə tanınır. Natalyanın özünəməxsus üslubu onu heç vaxt darda qoymur, əksinə ona əlavə xal gətirir. Dizayner paltarları və dəbdə olan hər şey Nataşanın ifasında maraq doğurur. Dəb ekspertinin öz zövqü ilə öyünməsi üçün kifayət qədər haqqı var.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm