Qeyri-standart obraz yaradan gəlinliklər - FOTOLAR
Bizi izləyin

Dəb

Qeyri-standart obraz yaradan gəlinliklər - FOTOLAR

Gəlinlik paltarları hələ qədim dövrlərdən uzun olub. Gəlinlər yerlərdə sürünən uzun quyruqlarda, qabarıq ətəklərdə özlərini şahzadələr kimi hiss edirlər. Ancaq modadakı dəyişikliklər gəlinlik dəbinə də təsirsiz ötüşmür. Belə ki, son zamanlarda dəbə minən midi gəlinlik paltarları bunun göstəricisidir.

Siz midi gəlinlik paltarlar haqqında nə düşünürsünüz bilmirəm, amma belə bir paltar geyinsəniz, toya gələn qonaqları təəccübləndirəcəyiniz dəqiqdir. Onların sevimli göründüyünü də heç kim inkar edə bilməz. Üstəlik, toyda iştirak edənlər uzun müddət sizin gəlinlik obrazınızdan danışacaqılar.

Bu tərz qeyri-klassik gəlinlik paltarı bənzərsiz və qeyri-standart obraz yaratmağa imkan verir. Əgər bədən quruluşunuz icazə verirsə, midi gəlinliklər haqqında düşünməyə dəyər.

Publika.az midi gəlinlik dəbinə aid bir neçə nümunə toplayıb. Şəkillər toya hazırlaşan xanımları ruhladıracaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm