İtalyan moda evindən yay üçün əlvan kolleksiya - FOTOLAR
Bizi izləyin

Dəb

İtalyan moda evindən yay üçün əlvan kolleksiya - FOTOLAR

Domeniko Dolçe ilə Stefano Qabbana tandemi doğma İtaliyanın gözəlliyini kolleksiyalarında nümayiş etdirməyə davam edirlər. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Dolce & Gabbana” alıcılarını kapsul kolleksiyası ilə sevindirib.

Kolleksiya aralıq dənizi sahilində yerləşən balaca gözəl şəhər Portofinoya həsr olunub. Qəribə şəhərin dalanları, meydan, qayıq stansiyasının şəkilləri və digər elementlər kapsul kolleksiyasında öz əksini tapıb.

Parlaq mənzərələr dəniz ornamentləri, bənövşəyi və mavi rənglər, flora printləri ilə tamamlanıb. Kolleksiyaya bikini, çimərlik paltarları və müxtəlif uzunluqda ətəklər, telefon üzləri, espadrillər, bosonojkalar daxil olub.

Məhdud sayda buraxılmış kapsul kolleksiyasının fotolarını təqdim edirik:

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm