Dəb
İslam modapərəstlərinin hicab trendləri - FOTOLAR
Qloballaşmanın bəhrəsini hər sahədə görürük. Bu, İslam qanunlarına uyğun geyinən qadınların qarderobuna da təsir edir. Belə görünür ki, onlar daha kişilərə tabe olmaq istəmirlər. Ən azı, dəbdə belədir.
Lakin bu, heç də o demək deyil ki, Şərqin ən azadlıqsevər qadını mədəniyyətindən imtina edir və özünü bütünlüklə avropalılara oxşatmağa çalışır. Onların çöl geyimlərinə - “street” stilinə nəzər salsaq, “Moda inqilabının" ərəb ölkələrindən də yan keçmədiyini görərik. Amma örpəkli qadınlar öz ənənələrinə də ciddi şəkildə hörmət edirlər.
Onlar parlaq Avropa geyimini geyinir, amma hicablarını çıxartmırlar. Dəbdən əla anlayır, özünəməxsus tərzi ilə eksperiment aparır və şəkillərini çəkib instaqram bloqlarında paylaşırlar. Onların qarderobuna şərqin və qərbin qovuşduğu dəstlər daxildir.
Ərəb qadınları arasında dəb dünyasında baş verən bütün yenilikləri yaxından izləyən xeyli modapərəst var. Üstəlik, sosial şəbəkələrdə də başını bağlayan xanımlara maraq getdikcə artır. Məsələn, “İmaan Əli” adlı hicablı xanımın “The Hijablog” dəb bloqu ərəb ölkələrində çox populyardır. İmaan deyir ki, müsəlman qadınları haqqında yayılmış bütün stereotipləri, o cümlədən qara geyim barədə təsəvvürləri dağıtmaq üçün 2009-cu ildə öz bloqunu yaratmaq qərarına gəlib. O, bu addımını şərq gözəllərinə özünəinam bəxş etmək, fərdiliyini və gözəlliyini vurğulamağa kömək etmək istəyi ilə əlaqələndirib. Bunu da ki, modanın vasitəçiliyi ilə göstərmək istəyib. Axı moda - gözəl geyim və aksesuarların düzgün uyğunlaşdırılması yaradıcılıqdır. Özü də İmaan bunu dinin prinsiplərini pozmadan nail olub.
İmaan Əli başına örpək və ya çalma bağlayır, lakin bədənini açmır. Buna baxmayaraq, qapalı geyim ona öz tərzini ifadə etməyə qətiyyən mane olmur və kifayət qədər müasir görünür. Hətta avropalılar onun geyim tərzindən örnək götürə bilərlər.
Yenidən qloballaşmaya doğru
Maraqlıdır ki, İslam dininə itaət edən xanımlar Avropa trendləri ilə ayaqlaşmağa çalışırlar, avropalılar isə, əksinə, şərqə meyllənir. Məsələn, “Dior”, “Chanel”, “Louis Vuitton”, “Hermes” və digər iri moda evləri ərəb ölkələri üçün kapsul kolleksiyaları yaradırlar.
Publika.az modapərəstlərin hicab trendinə aid numunələri təqdim edir:
Aytən
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO