Kişi qarderobu: Yay mövsümündə dəbdə olan rənglər - FOTOLAR
Bizi izləyin

Dəb

Kişi qarderobu: Yay mövsümündə dəbdə olan rənglər - FOTOLAR

Dizaynerlər bu mövsüm kişilər üçün parlaq rəngləri və eklektik üslubu seçiblər. Çox təəccüblü olsa da, çəhrayı rəng qamması gözlənilməz trendlər arasına daxil olub. Kişi kolleksiyalarında parlaq rənglər – göy, yaşıl və onların cürbəcür çalarlarıdır. Həmçinin, dizaynerlər klassika həvəskarlarını da unutmayıblar. Moda evləri sadiq klassika tərəfdarları üçün boz və ağ rəngləri təklif edirlər.

Publika.az-ın bu yazısında yay mövsümündə kişilər üçün dəbdə olan rənglərlə tanış ola bilərsiniz.

Çəhrayı rəng: Çəhrayı rəng və onun bütün çalarlarına kişi kolleksiyalarında xüsusi yer verilib. Məsələn, “Tom Ford”, “Gucci”, “Richard James” və digər brendlərin kolleksiyalarında çəhrayının müxtəlif tonlarına rast gələ bilərsiniz. Dizaynerlər obrazları bir tonla məhdudlaşdırmayıblar. Kolleksiyalarda pastel, parlaq, zərif çəhrayı və ya moruq tonlar iştirak ediblər. Bu mövsüm çəhrayı rəng özünü həm klassik, həm də idman üslubunda göstərir.

Göy rəng: Qara rəngli paltarlar günəşli yay günlərində ürəkaçan görünmür. Ona görə də qaranı göy rəng ilə əvəz edə bilərsiniz. Açıq mavi isə ağ rəngə alternativ kimi göstərilir. “Calvin Klein”, “Giorgio Armani”, “Gucci”, “Christopher Raeburn” kimi brendlər bu universallığı öz kolleksiyalarında tətbiq ediblər.

Yaşıl rəng: Yaşıl rəngi və onun qışqıran çalarları sizin yay obrazını yadda qalan edəcək. Yaşılın zəngin və dərin çalarları “Ralph Lauren”, “Burberry Prorsum” və “Raf Simons” kimi moda evlərinin kolleksiyalarında öz əksini tapıb.

Ağ rəng: Klassik ağ rəng əvvəlki kimi isti mövsümün əsas rəngi hesab olunur. Bu mövsümün trendini beıə təsvir etmək olar: "Total white look" – başdan ayağa ağ geyinmək. “Diesel Black Gold”, “Billy Reid”, “Dolce & Gabbana”, “Spencer Hart” kimi moda evlərinin yeni kolleksiyaları hər zaman olduğu kimi ağ rəngsiz ötüşməyib.

Boz rəng: Boz rəngli kostyum köhnəlməyən klassik kişi geyimidir. Ona görə də o, istənilən kişi qarderobunda mütləq olmalıdır. Yaz-yay mövsümündə əksər dizaynerlər açıq-boz çalarlarına üstünlük veriblər. Məşhur moda evləri gümüşü parıltı həvəskarları üçün bozun müxtəlif çalarlarını təklif edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm