Qadınların ağlını başından alan 785 dollarlıq ayaqqabı - FOTOLAR
Bizi izləyin

Dəb

Qadınların ağlını başından alan 785 dollarlıq ayaqqabı - FOTOLAR

Bu ilin yay aylarında ən çox satılan ayaqqabı “Aquazzura” markasının təqdim etdiyi “Wild Thing” adlı model olub. Qırmızı, sarı, mavi, qara, pudra və bej rəngləri olan ayaqqabı modeli yayın əvvəllərindən bəri bir çox moda ikonasının və moda bloqqerlərinin sevimlisinə çevrilib. Bir-birindən cazibədar dünya ulduzlarının da qırmızı xalıya bu ayaqqabı ilə gəlmələri onun daha çox populyarlaşmasına səbəb olub. 785 dollara satılan “Aquazzura Wild Thing”i hazırda satışda tapmaq imkansızdır. Çünki bütün mağazalarda satılıb qurtarıb.

Xatırladaq ki, “Aquazzura” markası ötən ilə də damğa vurub. Bu markanın “Lace‐up” adlı modeli ötən ilin ən çox satılan ayaqqabı olub.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm