Dəb
Prezidentin həyat yoldaşı bu stili ilə hər kəsi təəccübləndirdi - FOTOLAR
Ukrayna prezidentinin həyat yoldaşı Marina Poroşenko qədim vişivankası ilə (Slavyanların ənənəvi tikmələrlə işlənmiş naxışlı və ya milli geyimi) görənləri heyrətləndirib.
Publika.az xəbər verir ki, Ukraynanın birinci xanımı, kübar təbəqənin isə ən sevimli nümayəndəsi sayılan 53 yaşlı Marina Poroşenko nadir hallarda ictimaiyyət qarşısına çıxır. Bu isə, bir qayda olaraq, xüsusi hallarda baş verir. Lakin o, hər çıxışı ilə moda tənqidçilərində həmişə heyranlıq doğurur.
Ukraynanın birinci xanımı Marina Poroşenko əksər ölkələrin birinci xanımları kimi bahalı brendlərə deyil, milli geyimlərə üstünlük verir. Onun ictimaiyyət arasında sonuncu çıxışı da istisna olmadı. Belə ki, Marina Poroşenko dini mərasimə milli geyimdə təşrif buyurub. Həndəsi və nəbati naxışların bəzədiyi kətan paltarın mavi və bənövşəyi saplarla qoyulan tikmələri göz oxşayıb. Birinci xanımın geyimini bej rəngli zərif stilettolar tamamlayıb.
Prezidentlə xanımının şəkil çəkdirərkən əl-ələ tutması isə fotoqrafların diqqətindən yayınmayıb.
Xatırladaq ki, Ukraynanın keçmiş birinci xanımı Katerina Yuşşenko da yalnız yerli dizaynerlərdən geyinirdi.
Aytən
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO