Dünya ulduzları bu markadan olan saatları bağlayır - FOTOLAR
Bizi izləyin

Dəb

Dünya ulduzları bu markadan olan saatları bağlayır - FOTOLAR

Bahalı avtomobillərdə, özəl təyyarələrdə, təmtəraqlı malikanələrdə yaşayan ulduzların obrazını tamamlayan daha bir detal var. Əlbəttə ki, söhbət xüsusi sifarişlə hazırlanan əfsanəvi İsveçrə saatından gedir.

Publika.az bu yazıda məşhurların üstünlük verdiyi saat brendlərini seçib.

Ancelina Colinin aksessuarlar, süni bəzək-düzəklə arası yoxdur. Amma o, əsl incəsənət əsəri olan qiymətli saatların qədrini yaxşı bilir. Onun üzərində yalnız bir aksessuar varsa, o da ancaq saat ola bilər. Lakin Ancelina geyimdə olduğu kimi, saat seçimində də minimalist tərzə üstünlük verir. Ancelina Colini filmlərin premyerasında, adətən, “Chanel Premiere” saatlarında görürük. Bred Pitt həyat yoldaşının saatlara olan həssaslığını bildiyi üçün ona nişanlanmalarının ildönümü münasibəti ilə “Patek Philippe Minute Repeater”-dən xüsusi sifarişlə imzalanmış saat hədiyyə etmişdi. Ancaq Colinin ən sevimli markası “Cartier”-dir. İctimai yerlərdə isə aktirsa “Tank Louis” saatlarını taxır.

Britaniyalı yaraşıqlı aktyor Henri Kavil isə “Breitling” və “Omega” brendlərinə üstünlük verir. Onun ən çox xoşladığı model isə “Omega De Ville Hour Vision”-saatlarıdır.

Həyatsevər Robert Dauninin saat kolleksiyasına “Jaeger LeCoultre” xronometrləri daxildir. Qırmızı xalı mərasimlərində isə aktyor, adətən, “Amvox” markasının saatlarında görünür.

Ceyson Stetxemlə Silvestr Stolleni isə “Panerai” saat markasının sadiq pərəstişkarlarıdır.

Əgər siz tərəf müqabilinizlə “vahid cəbhədən" çıxış etmək istəyirsinizsə, onda Viktoriya və Devid Bekhemdən ibrət götürün. Belə ki, onlar ənənəvi olaraq eyni saat markalarına üstünlük verirlər. “Rolex” onların hər ikisinin sevdiyi saat markasıdır. Devid “Deep Sea Dweller”, Viktoriya isə “Day Date” və ya “Rolex Daytona” saat modellərinə üstünlük verirlər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm