• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Müasir qadın obrazını tamamlayan klatç dəbi - FOTOLAR

  • Dəb
  • 4 Avqust 2015 13:30
  • 1 542 Baxış
Müasir qadın obrazını tamamlayan klatç dəbi - FOTOLAR

Müasir xanımın obrazını klatçsız təsəvvür etmək mümkün deyil. Axı hansısa önəmli dəvətə gedərkən özünüzlə iri çanta aparmaq sizi gülünc vəziyyətə sala bilər. Geyimi tamamlamaq üçün bu mövsüm də dizaynerlər bir-birindən rəngarəng və yığcam əl çantaları təklif edir.

Publika.az-ın dəb bölməsi xanımları mövsümün kltaç dəbi ilə yaxından tanış edəcək.

Bəs klatç nədir?

Dəbi yaxından təqib edənlərə məlumdur ki, kltaç balaca, zərif, yığcam qadın çantasıdır.

"Clutch" sözünün mənası isə ingiliscədən tərcümədə “ələ keçirmək” deməkdir. Bu da təsadüfi deyil. Çünki klatçlar ələ ideal şəkildə yerləşir.

Bazara ilk dəfə 16 və 17-ci əsrlərdə daxil olan həmin modellər modabaz xanımlar üçün ən gözəl hədiyyə sayılırdı. Çünki onlar bahalı timsah dərisindən hazırlanırdış Onların hazırlanmasında qızıl, gümüş kimi qiymətli metallardan istifadə olunur, həmçinin, mirvari və digər daş-qaşla bəzədilirdi.

Klatçların ən populyar dövrü ötən əsrin 20-ci və 30-cu illərinə təsadüf edib. İkinci dünya müharibəsindən sonra isə Kristian Dior kiçik əl çantalarını yenidən dəbə gətirib. Son bir neçə ildə isə kiçik qadın çantaları xüsusi ilə aktualdır. Xanımlar onları hətta gündəlikdə də istifadə etməyə başlayıblar.

Bu il nə cür klatçlar dəbədir?

Məlum olduğu kimi klatçlar ancaq axşam geyimini tamamlayan aksessuar hesab olunmur. Müasir modapərəstlər klatçları cinslər, yay donları, uzun sarafanlar, gündəlik şortlar və ya yubkalarla uyğunlaşdırmağı məharətlə öyrəniblər. Yay kltaçlarının əsas özəlliyi ondadır ki, onlar yalnız dəridən deyil, kətan, pambıq və digər yumşaq parçadan da tikilir. Bundan başqa, plastik materiallardan hazırlnanan klatçlara da rast gəlinir.

2015 və 2016-cı ildə retro tərzi klatç dəbinə də təsir edib. Belə ki, ağ-qara filmlərdə gördüyümüz miniatür və vintaj çantalar siyahıya başçılıq edib. Naxışlı muncuqlarla, qızıl sapla, qiymətli daşlarla işlənmiş, eləcə də şəffaf şüşədən hazırlanmış çantalar yay mövsümünün əsas trendidir. Bu yay isə pul kisəsi formasında klatçlar rəng çeşidləri ilə seçilirlər.

Yayın klatç dəbinə zərf formasında klatçlar da daxildir. Bu tərz əl çantası, həm müxtəlif əyləncəli tədbirlərdə, həm də işgüzar xanımın qarderobunda üstünlük təşkil edir.

Dizaynerlər bohem tərzini sevən xanımları da unutmayıblar. Bu yay demək olar ki, əksər moda evlərinin çanta kolleksiyasında etnik naxışlarla işlənmiş klatçlar yer alıb.

Pul kisəsi formasında klatçlar isə istənilən mövsümün əvəzolunmazıdır.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR