Yayın ən möhtəşəm zinət əşyaları kolleksiyası – FOTOLAR
Bizi izləyin

Dəb

Yayın ən möhtəşəm zinət əşyaları kolleksiyası – FOTOLAR

“Cartier” brendi hər kolleksiyası ilə xanımların ağlını başından alır.

Publika.az xəbər verir ki, məşhur brendin “Étourdissant Cartier” adlı yeni kolleksiyası da gözlənildiyi kimi böyük səs-küy doğurub.

Fransanın Kort dAzur bölgəsinin möhtəşəm mənzərəsindən ilhamlanaraq hazırlanan kolleksiyada dənizi və göy üzünü əks etdirən mavi, yaşıl, həmçinin günəşin simvolu olaraq narıncı rəng üstünlük təşkil edir. Kolleksiyadakı zinət əşyalarının hazırlanmasında sapfir, almaz, zümrüd və yaqut kimi qiymətli daşlardan istifadə edilib.

Kolleksiyanın diqqəti ən çox cəlb edən zinət əşyası isə 197.80 karatlıq Romanov sapfirindən hazırlanan dəbdəbəli qolbaqdır. İlk dəfə 1883-cü ildə çariça Mariya Feodorovnanın broş kimi istifadə etdiyi bu sapfiri daha sonra “Cartier” 1928-ci ildə yeni formaya salıb. Sapfiri 1929-cu ildə polşalı müğənni Qanna Ualska alıb. 1971-ci ildə hərracda satılan bu möhtəşəm sapfir, nəhayət, “Étourdissant Cartier” kolleksiyasında yenidən dəbdəbəni sevənlərin istifadəsinə təqdim edilib.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm