Zərif qadın üslubunu siyasətə qurban verən birinci xanım – FOTOLAR
Bizi izləyin

Dəb

Zərif qadın üslubunu siyasətə qurban verən birinci xanım – FOTOLAR

Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Bill Klintonun xanımı, keçmiş dövlət katibi Hillari Klinton öz ölkəsində “ilk prezident qadın” olmağa iddialıdır. 2016-cı ildə Amerikada keçiriləcək seçkilərə qatılacağını bəyan edən xanım siyasətçinin geyim stili maraq doğurduğundan Publika.az onu təhlil etmək qərarına gəlib.

Siyasətçi qadın

Məlumat üçün qeyd edək ki, Hillari Klinton siyasi arenada birinci xanım statusunu qazanandan sonra tanındı. Bill Klinton prezident postunu tərk etdikdən sonra isə o, müstəqil siyasi fəaliyyətlə məşğul olmağa başladı.

Güclü xarakteri dəb məsələlərində köməyinə gələ bilmir

İmici ilə isə məhz Bill Klinton prezident seçildikdən sonra maraqlanan Hillari xaraktercə güclü qadın olsa da, dəb məsələlərində bir qədər zəifdir. Buna görə də, xanım Klinton tez-tez dəb tənqidçilərinin tənələrinə məruz qalır. Məsələn, “Vogue” jurnalının redaktoru Anna Vintur siyasətçi xanımın stilini belə təhlil edib:

“Fikrimcə, siyasətlə məşğul olan müasir qadınların ciddi qəbul edilmələri üçün kişisayağı geyinməli şərt deyil. Açığı, bu, məni məyus edir”.

Tanınmış redaktor hətta uzun saçını da siyasətə qurban verərək qısaldan Hillari Klitona daha zərif geyimlər seçməyi tövsiyə edir.

Donatella Versace isə daha sərt sözlər seçib:

“Mən başa düşürəm ki, şalvar çox rahatdır. Lakin o, qadın olduğunu unutmamalıdır. O, şalvarda da daha maraqlı görünə bilər. Hillari bütün qadınlığa nümunə olmalıdır və siyasətdə qalmaq üçün kişisayağı geyinməyə cəhd göstərməməlidir”.

Tələbə Hillari siyasətçi Hillaridən kəskin fərqlənir

Tələbəlik illərində o, sakit və yumşaq rənglərə üstünlük verir, gündəlik həyatda isə rahat tərzə müraciət edirdi. Birinci xanım olması isə onu rahat üslubdan bir qədər uzaqlaşmağa, ciddi kişi kostyumları geyinməyə məcbur edir. Onu çox nadir hallarda ətəkdə və ya donda görmək olar. Hillari siyasi karyerasına start verdikdən sonra hətta uzun saçları ilə vidalaşır, ciddiliyini maksimum şəkildə vurğulamaq üçün oğlansayağı saç kəsiminə üstünlük verir.

"Hollivud təbəssümü" ən bahalı zinət əşyasıdır

Buna baxmayaraq, Hillari öz çatışmazlıqlarını qürur mənbəyinə çevirməyi bacaran xanımlardandır. Məsələn, o, sələfi Mişel Obamadan fərqli olaraq, aksessuar taxmağı xoşlamır. Çünki onun qeyri-adi, parlaq gözləri və cazibədar təbəssümü kimi təbii bəzəyi var. O "Hollivud təbəssümünü" ən bahalı zinət əşyasına çevirmək qüdrətinə malikdir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm