Yayın orijinal cins dəbi - FOTOLAR
Bizi izləyin

Dəb

Yayın orijinal cins dəbi - FOTOLAR

Bu yayın cins şalvar dəbi bir çox cəhətdən olduqca maraqlıdır. Dizaynerlər klassik cinslərdən başqa, yay əhvalına uyğun orijinal cinslər təklif edirlər.

Publika.az-ın dəb bölməsi bu yazıda moda həvəskarlarını yayın cins dəbi ilə yaxından tanış edəcək.

Ombre

Ötən il ombre deyilən rəng keçidi həm makiyajda, həm manikürdə, həm də saçlarda çox populyar idi. Ombre dəbi bu mövsüm özünü cinslərdə göstərir.

Ləkəli

2 rəngin qarışığından ibarət ləkəli şalvarlar da yayın trendlərinə daxildir.

Dəmir detalları

Cinslərlə dəmir detalların birləşməsi uzun illərdir ki, dəbdədir. Ötən illərdən fərqli olaraq, cins şalvarlar bu il daha kiçik və incə dəmir detalları ilə bəzədilib.

Yırtıq

Valideynlərimiz cırıq cins şalvarlara nifrət etsə də, onlar bu ilin trendidir. Gənclərin cırıq cinslərə olan sonsuz sevgisi onların dəbdən kənarlaşmasına imkan vermir. Təzə cins almaq istəmirsinizsə, köhnə cinslərinizdən birini qayçı ilə kəsə bilərsiniz.

Yamayın

Mövsümün digər trendi yamaqlı cinslərdir. Üstünə yamaqlar, ya da müxtəlif gerblər və etiketlər tikilmiş cinslər payızda da öz aktuallığını qoruyacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm