Payız aylarında nələr dəbə minəcək? - FOTOLAR
Bizi izləyin

Dəb

Payız aylarında nələr dəbə minəcək? - FOTOLAR

Artıq yayın son ayını yaşayırıq. Avqust hələ bitməsə də, mağazalar payız geyim kolleksiyalarını indidən müştərilərin ixtiyarına buraxıblar.

Yeni mövsümdə moda sahəsində müşahidə edilən ən maraqlı cərəyan köhnə dəbin geriyə qayıtmasıdır. Bu fakt özünü əsasən, ötən əsrin son on illiyində büruzə verməyə başlayıb. Qəribə də olsa, ildən-ilə yenilənən modanın birdən-birə geriyə qayıtması və keçmişi təkrarlaması insanları qətiyyən narahat etmir. Əksinə, köhnə dəbi hər kəs böyük həvəslə qəbul edir.

Publika.az-ın dəb bölməsi payız aylarının dəb proqnozunu təqdim edir:

Qrafik naxışlar

Screen Shot 2015-08-08 at 9.27.51 PM

Mürəkkəb qrafik naxışlardan hazırlanan geyimlər solğun payız günlərində çox effektli görünür.

Ağ ilə qaranın möhtəşəm vəhdəti

Screen Shot 2015-08-08 at 9.11.07 PM

Bu klassik rənglərin istənilən mövsümdə aktual olduğunu unutmayın.

Pastel tonları

Screen Shot 2015-08-08 at 10.01.04 PM

Sentyabr bitənə qədər yay rənglərinin gücündən istifadə edə bilərsiniz.

Hərbçi tərzi

Military-Chic

Hərbçi tərzinə xas olan rənglər və fasonlar hər zamankı kimi payızın trendi olacaq.

Məxmər və vilvet dikdabanlar

Screen Shot 2015-08-08 at 9.46.42 PM

Məxmər parçaların qadın ayaqqabıları mövsümün sevilən dəbi olacaq.

Çanta dəbi

Screen Shot 2015-08-08 at 10.04.31 PM

Məşhur moda evlərinin klassik çanta versiyaları payız aylarında dəbdə hökmranlıq edəcək.

Bohem tərzi və ya saçaq trendi

Screen Shot 2015-08-08 at 10.07.00 PM

Ötən il saçaqlar geyim və çantalarda istifadə olunurdusa, bu il ayaqqabılarda gözə dəyir. Belə görünür ki, bohem tərzi payız aylarında da aktual olacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm