Dünya şöhrətli dizaynerin corab qalmaqalı - FOTOLAR
Bizi izləyin

Dəb

Dünya şöhrətli dizaynerin corab qalmaqalı - FOTOLAR

“Dolce & Gabbana” brendinin banilərindən olan İtalyan dizayneri Stefan Qabbana pərəstişkarlarını təəccübləndirib.

Publika.az xəbər verir ki, 51 yaşlı dəb qanunvericisinin instaqramda paylaşdığı şəkli gülüş və müzakirələrə səbəb olub.

Şəkildə modelyer Peruda bir fermada kiçik butulka ilə qoyunu yemləyir. Amma dizaynerin bu xeyirxah hərəkəti deyil, ayağına geyindiyi corablar daha çox diqqət çəkib. Belə ki, onun səndəllə qalın corab geyinməsi izləyicilərin nəzərindən qaçmayıb.

Məlumdur ki, səndəllə corabın vəhdəti pis zövq əlamətidir. Özü də nəinki ABŞ və Avropada, elə Rusiyada da, corablarla yüngül yay ayaqqabısı geyinən kişilərə lağ edirlər.

Xatırladaq ki, məşhur moda evi 1985-ci ildə yaradılıb. “Dolce & Gabbana” əvvəlcə geyim istehsalı ilə məşğul olub, daha sonra kosmetika, ətir, ayaqqabı və çanta xəttini işə salıb. Məşhur İtaliya şirkətinin illik gəliri milyardlarla avro qiymətləndirilir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm