Dəbdə abstrakt incəsənət – FOTOLAR
Bizi izləyin

Dəb

Dəbdə abstrakt incəsənət – FOTOLAR

Abstrakt incəsənət həvəskarları payızda hamıdan çox sevinəcəklər. Çünki qarşıdan gələn mövsümdə mağazalarda onları art, gül və müxtəlif həndəsi formaların gözlənilməz birləşmələri gözləyir. “Balmain”, “Ferragamo”, “Dior”, “Sacai”, “Loewe”, “MSGM”, “Edun”, “Bottega Veneta” kimi məşhur moda evlərinin yeni kolleksiyaları məhz abstrakt detalları ilə diqqət çəkir.

Ümumiyyətlə, parlaq, əlvan kompozisiyaların, rəng yaxmaların dəbdə olması təzə xəbər deyil. Amma növbəti mövsümdə mövzu bir qədər dəyişib. Belə ki, bu mövsümdə nə akvarel, nə realizm, nə də hər hansı süjet yoxdur, yalnız təmiz abstraksiya hökm sürür. Məsələn, “Salvatore Ferragamo” moda evi Soni Delonun rəsmlərinin ən yaxşı ənənələrini davam etdirib, “Fendi” İsveçrə rəssamı Sofi Toyber-Arpın əsərlərindən bəhrələnib, “Dior” isə bəbir naxışlarını yeni interpretasiyada təqdim edib. Yeri gəlmişkən qeyd edək ki, “Dior”-un bu yeniliyi Anselma Reylinin mücərrəd işlərinə çox yaxındır. Massimo Corsetti isə yeni kolleksiyasında yubkaları və kürkləri rəng bloku tərzində təklif edib.

Xüsusi vurğulamaq lazımdır ki, paltarlarda qurama ilə abstrakt rəsmlərin yaradılması dəbə ən son daxil olan üsullardandır. Indi isə abstrakt incəsənətin digər bir istiqaməti - qara rəng üzərində əlvan boyalarla müxtəlif təsvirlərin çəkilməsi dəbə minir. Bu üsuldan istifadə edən ekspressionist Barnetta Robert Nyumanın yaratdığı mücərrəd şəkillərdən artıq “Versace”, “Givenchy”, “Proenza Schouler Byblos”, “Val Fatimmoda” kimi moda evləri istifadə ediblər.

İndiyədək istifadə olunan geniş dəyirmi formalar da öz yerini nazik zolaqlara, düzbucaqlı və dördbucaqlı biçimlərə veriblər. Odur ki, bu payız 80-ci illərin ruhunda cəsarətli kontrast rənglər seçməkdən çəkinməyin.

Beləliklə, rəngli həndəsi formalar 2015-ci ildə payızın əsas dekorativ tendensiyası olacaq. Onları həm gündəlik tərzə, həm də gecə tədbirlərinə uyğunlaşdırmaq asandır. Əgər həm ciddi, həm təmkinli görünmək, həm də bu tendensiyayla ayaqlaşmaq istəyirsinizsə, onda abstrakt aksessurlar seçin.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm