Çiyindən asılan universal çanta dəbi - FOTOLAR
Bizi izləyin

Dəb

Çiyindən asılan universal çanta dəbi - FOTOLAR

Hər qızın istər ofis, istər gəzinti, istər səyahət, istərsə də, görüşə gedərkən özü ilə götürə biləcəyi çiyindən asılan çantası mütləq olmalıdır. Hətta əhval-ruhiyyəyə uyğun olaraq həmin çantalardan bir neçə rəngdə olarsa, bu, daha yaxşı olar.

Hər mövsüm dizaynerlər yüzlərlə belə universal çantalar hazırlayırlar.

Çiyindən asılan poçtalyon çantalarının uzun kəməri sayəsində onları gəzdirmək çox rahatdır. Kəmər çiyindən çarpaz şəkildə asıldığı üçün kürəyə əlavə yük düşmür, həm də əllər boş qalır.

Bu il istehsalçılar belə çantaların müxtəlif materiallardan - həm dəri, həm parçadan hazırlanan modellərini təklif edirlər. Üstəlik, bu dəfə xanımların gündəlik ehtiyacları da nəzərə alınıb. Belə ki, yeni dəbli çantalar həm də tutumludur.

Publika.az-ın dəb bölməsi keyfiyyətli çanta həvəskarları üçün “Saint Laurent”, “Salvatore Ferragamo”, “Dolce and Gabbana”, “Chole”, “Stella McCartney”, “Victoria Beckham”, “Valentino”, “Burberry”, “Nina Ricci” və digər məşhur brendlərin çiyindən asılan bir neçə çanta modelini toplayıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm