Prezidentin böyük qızı stil ikonası oldu - FOTOLAR
Bizi izləyin

Dəb

Prezidentin böyük qızı stil ikonası oldu - FOTOLAR

ABŞ prezidenti Barak Obamanın böyük qızı Maliya Obama da stil ikonası ola bilər.

Publika.az xəbər verir ki, bu barədə “The New York Post” qəzeti yazıb. Yazı 17 yaşlı qızın qarderobundan bəhs edib. Dəb ekspertləri Maliyanın geyim tərzini müsbət qiymətləndiriblər.

“The New York Post” bildirir ki, Maliyanın üslubu daha çox anasının təsiri altında formalaşsa da, Nyu-York qızlarının həyatından bəhs edən “Girls” serialının çəkilişləri başlayandan sonra o, gənc qızlara yaraşan tərzdə və daha zərif geyinir. Məsələ burasındadır ki, Maliya bu ilin yayında serialın çəkilişlərində assistent işləyib.

Bundan əlavə, moda jurnalları və dəb bloqqerləri də Maliyanın üslubuna laqeyd qalmayıblar. Belə ki, bu yaxınlarda 17 yaşlı qıza onun geyimləri barədə mütəmadi olaraq məlumat verən "Maliya Obama möhtəşəmdir" ("Malia Obama Is Gorgeous") adlı bloq həsr olunub. "Harper's Bazaar" jurnalı da öz növbəsində, Maliyanın uzun boyunu (təqribən 180 santimetr) və cazibədar xarici görünüşünü xüsusi vurğulayıb.

Xatırladaq ki, bu yaxınlarda ABŞ prezidenti Barak Obamanın qızları: Maliya və Saşanın İtaliyanın ən yaxşı butiklərindən alış-veriş etdiyinə dair məlumat yayılmışdı. Xəbərdə deyilirdi ki, prezident qızları alış-veriş üçün Milanın ən bahalı butiklərinin yerləşdiyi küçəni seçiblər. Bacılar mağazaları çoxsaylı mühafizəçilərin müşayiəti ilə gəziblər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm