İşgüzar görüşə bu rəngdə geyinməyin – FOTOLAR
Bizi izləyin

Dəb

İşgüzar görüşə bu rəngdə geyinməyin – FOTOLAR

İşgüzar görüşə çağırılmaq nə qədər ümidverici olsa da, olduqca stresli bir prosesdir. Bu səbəbdən hər addımınızı planlaşdırmalı, danışarkən ifadələrinizi ehtiyatla seçməlisiniz. Məsələn, nə dediyinizə diqqət etməli, saçlarınızı səliqə ilə daramalı, hətta paltarın rəngini də əvvəlcədən müəyyənləşdirməlisiniz.

Rənglər insanlar üzərində güclü təsirə malikdir, yəni işgüzar görüşün müsbət sonluqla bitməsini istəyirsinizsə, rəng seçimində diqqətli davranmalısınız.

Reklam ya da ictimaiyyətlə əlaqələr kimi yaradıcı sektorlarda ciddi geyim qaydaları olmadığı üçün rəng seçimində variantlarınız daha çoxdur. Ancaq digər sektorlar üçün eyni fikri səsləndirmək mümkün deyil.

Ümumiyyətlə, görüşə getməzdən əvvəl şirkətin korporativ mədəniyyəti haqqında bir az araşdırma aparıb “xəfiyyəlik” etsəniz, yaxşı olar. Yaxud iş görüşünə getdiyiniz şirkətdə çalışan tanışınız varsa, onunla məsləhətləşə bilərsiniz.

Başdan-ayağa ciddiliyi təmsil edən qara rəngə “bürünsəniz”, cənazəyə gedirmiş kimi görünərsiniz. Yaxud əlvan rəngləri birləşdirsəniz, klouna oxşayacaqsınız. Təbii ki, geyiminizin rəngini axtardığınız işə görə müəyyən etmək lazımdır. Ancaq mütəxəssislər bəzi rənglərin iş şəraitində istifadə edilməməsi ilə bağlı eyni fikirdədir.

Publika.az işgüzar görüş üçün uğursuz hesab olunan rəngləri təqdim edir:

Narıncı rəng ən uğursuz rəngdir

Jurnalist və yazıçı Ben Parr "İnsanların diqqətini çəkmə elmi" adlı kitabında müəyyən səslərə, yerlərə və rənglərə avtomatik reaksiya verdiyini açıqlayıb. Parrın sözlərinə görə, narıncı rəng "ən etibarsız rəng" kimi xarakterizə olunur. Şirkətin rəhbərliyi ilə ilk görüşdə özünüzə qarşı güvənsiz işçi təəssüratı yaratmamaq üçün həmin rəngdə paltar seçməyin. “Harris Interactive” təhqiqat şirkətinin həyata keçirdiyi anket sorğusunun nəticələrinə görə, işə götürənlərin 25 faizi narıncı rəngdə paltar geyinən namizədləri işə götürmək istəmir. Şirkət rəhbərləri belə hesab edirlər ki, bu rəng peşəkarlıqdan kənar imic sərgiləyir.

Qırmızı rəng

Qırmızı hər kəsə yaraşan valehedici rəng olsa da, işgüzar görüş üçün uyğun deyil. Çünki qırmızı riskli rənglərdən biridir. Maraqlıdır ki, qırmızı geyinəndə bir qrup ya sizə heyran olur, ya da sizə nifrət edir. Parlaq rənglər çox güclü hisslər oyadır və iş görüşlərində, adətən müsbət qarşılanmır.

Qəhvəyi rəng

Qəhvəyi ən təhlükəsiz rəng kimi tanınır. Təəssüf ki, bir çox işə qəbul mütəxəssisi eyni fikirdə deyil. Çünki qəhvəyi rəngin həddən artıq bəsit olduğu güman edilir. Qəhvəyi işlərində operativlik tələb olunan bir şirkətdə mənfi görüntü yarada bilər. Bundan başqa, bu rəngə üstünlük verənlər yeniliklərə müqavimət göstərən, dəyişikliyi sevməyən, həm də qapalı olurlar.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm