Yeni moda ikonası: Emili Ratakovski
Bizi izləyin

Dəb

Yeni moda ikonası: Emili Ratakovski

Son günlərin ən çəkici gözəli gənc model Emili Ratakovskidir. Həm gözəlliyi, həm də stili ilə hər kəsi özünə heyran qoyan modelin dəb sirlərini Publika-az-dan oxuyacaqsınız.

1991-ci ildə dünyaya göz açan Emili 14 yaşından bəri modelliklə məşğuldur. Robin Tikin "Blurred Lines" adlı mahnısının klipinə çəkildikdən sonra bir anda məşhurlaşdı.

Karyerasına model olaraq başlasa da, daha sonra aktrisalıqda da özünü sınayan gözəl xanım bu il Zak Efron ilə çəkildiyi "We are your friends" adlı filmlə diqqəti bir daha özünə çəkdi.

Dəvət edildiyi hər mərasimə zövqlü seçimləri ilə damğa vuran Emili həm qırmızı xalıda geyindikləri, həm də küçə stili ilə göz oxşayır. "Yeni stil ikonası" adlandırılan model rahatlıqla şıqlığı birləşdirməyi bacarır.

Sinə, qarın dekoltelərini çox xoşlayır. Adətən dar, bədən cizgilərini bildirən libaslara üstünlük verir.

Gözəl ulduzun stilindən ilham almaq istəyirsinizsə, sizin üçün topladığımız fotolara nəzər yetirin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm