Viktoriya Bekhemin Nyu-York Moda Həftəsinə damğa vuran kolleksiyası - FOTOLAR
Bizi izləyin

Dəb

Viktoriya Bekhemin Nyu-York Moda Həftəsinə damğa vuran kolleksiyası - FOTOLAR

Nyu-York Moda həftəsi bu il də bir-birindən məşhur dizaynerləri qonaq edib. Onlardan biri də son illərin ən populyar dizayneri, stil ikonası Viktoriya Bekhem olub.

Viktoriya Bekhemin 2016 yaz-yay kolleksiyası moda həftəsinə, sözün əsl mənasında, damğa vurub. Dizaynerin rəng seçimləri və printlərdən peşəkarcasına istifadə etməsi hər kəsi heyrətləndirib. Ağ, narıncı və göy rəngin üstünlük təşkil etdiyi kolleksiyada mini ətəklər və topuqdan bir qarış yuxarıda bitən uzun donlar diqqət çəkib. Dama-dama donlar, köynəklər rahatlıqla şıqlığın vəhdətini təşkil edib. Görünür, Viktoriya Bekhem bir neçə ildir ki, dəbi ələ keçirən çiçək və heyvan printlərindən bezdiyimizi başa düşüb. Dizayner bu il yenilik edərək yay fəslinə uyğun təbiət mənzərələri, xüsusilə də, sörfinq edən insan şəklində narıncı, mavi və digər tonlardakı printləri dəbə gətirib.

Kolleksiyanın ən diqqətçəkən parçalarından biri də ikirəngli çantalar olub. Həm ağ rəngli rahat, həm də ilan dərisindən hazırlanmış ayaqqabılar göz oxşayıb.

Publika.az Viktoriya Bekhemin yeni kolleksiyasını təqdim edir:

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm