Dəyişkən hava şəraitinə uyğun kombinlər - FOTOLAR
Bizi izləyin

Dəb

Dəyişkən hava şəraitinə uyğun kombinlər - FOTOLAR

Vaxt çox tez keçir. Bizi qarşıda sərin və yağışlı havalar gözləyir. Günün ilk saatlarında hava sərin olsa da, günorta vaxtı temperatur artır, axşama doğru isə yenidən sərinləşir. Belə vaxtlarda, adətən, nə geyinəcəyimizə qərar verməkdə çətinlik çəkirik.

Publika.az dəyişkən hava şəraitinə uyğun olan 2 kombin təqdim edir:

Şalvar rahatlığı

Bu cür havalar üçün ən uyğun geyim nazik bir şalvarla qısaqol koftanı kombinləməkdir. Hava soyuduqda dərhal uzunqol trikonuzu və ya pencəyinizi geyinə bilərsiniz. Böyük bir çanta, rahat ayaqqabılar və günəş eynəyi stilinizi tamamlayacaq.

Don şıqlığı

Əgər "hava şəraitindən asılı olmayaraq, don geyinməkdən vaz keçmərəm”, deyirsinizsə, o zaman qarderobunuza uzunqol paltarlar əlavə edin.

Donunuzu idman tərzindəki ayaqqabılarla kombin edin. Beləliklə, ən şıq donu belə gündəlik geyim stilinizə uyğunlaşdıracaqsınız. Hava gözlədiyinizdən daha sərin olsa, donun üzərindən cins pencək geyinin. Hər ehtimala qarşı yanınızda şal da götürün. İdman tərzinə uyğun eynəklər və kiçik dəri çanta küçə stilinizi ən gözəl şəkildə vurğulayacaq.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm