Londonda türkiyəli dizaynerin möhtəşəm kolleksiyası nümayiş olundu – FOTOLAR
Bizi izləyin

Dəb

Londonda türkiyəli dizaynerin möhtəşəm kolleksiyası nümayiş olundu – FOTOLAR

London moda həftəsinin 4-cü günündə türkiyəli dizayner Erdem Moralioğlunun yeni yaz-yay kolleksiyası nümayiş olunub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dizayner moda həftələrində təzə-təzə iştirak etsə də, yeni kolleksiyasını dəb tənqidçiləri böyük rəğbətlə qarşılayıb. Ümumiyyətlə, istedadlı dizaynerin zərif geyimləri qısa zamanda məşhurlaşaraq hətta birinci xanımların da diqqətini çəkib.

Erdem Moralioğlu ideyalarını həyata keçirmək üçün parlaq rənglərdən deyil, yalnız ağ və bozun 50 çalarından istifadə edib. Buna baxmayaraq, viktorian tərzində hazırlanan kolleksiya çox cəlbedici alınıb. Moralioğlu gələn ilin yaz və yay ayları üçün xanımlara zolaqlı, büzməli və qeyri-adi geyimlər təklif edib.

Dizaynerin yeni kolleksiyasını təqdim edirik:

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm