Dikdaban ayaqqabılara nifrət edən 10 məşhur - FOTOLAR
Bizi izləyin

Dəb

Dikdaban ayaqqabılara nifrət edən 10 məşhur - FOTOLAR

Dikdaban ayaqqabıların qadınları seksual göstərdiyi inkaredilməz həqiqətdir. Elə məşhurlar var ki, onlar hətta hamiləlik zamanı dikdaban ayaqqabılardan imtina edə bilmirlər. Biz isə bu yazıda dikdaban ayaqqabılara nifrət edən modapərəst məşhurlardan danışacağıq.

Kristen Stüart

Publika.az xəbər verir ki, “Alatoranlıq” filminin ulduzu Kristen Stüart dikdaban ayaqqabılara nifərt edir. Halbuki, onun incə və uzun ayaqları dikdaban ayaqqabılarda çöx gözəl görünür... Ümumiyyətlə, ulduz geyimdə kişisayağı üsluba daha çox üstünlük verir. Builki Venesiya kinofestivalında Stüartın dözməyib tamaşaçı zalındaca “Christian Louboutin”-dən olan ayaqqabılarını çıxartması isə böyük müzakirəyə səbəb olmuşdu.

Eşli və Meri-Keyt Olsen

Məşhur dizayner bacılar bohem tərzində geyinməyi sevirlər. Prinsipcə, bu üsluba əməl etmək üçün hündürdaban ayaqqabılara elə də çox ehtiyac yoxdur. Ona görə də bu bacıları çox nadir hallarda hündürdaban ayaqqbılarda görə bilərsiniz. Onlar da Kristen Stüart kimi rahatlıq tərəfdarıdır. Yastıdaban baletka və loaferlər isə onun əvəzolunmazlarıdır.

Liv Tayler

Liv rəsmi tədbirlərə bahalı brendlərdən olan dikdabanlarını geyinir, amma gündəlik həyatda aktrisa son dərəcə rahat ayaqqabılar seçir. “Konversi” (idman ayaqqabıları) isə onun ən çox sevdiyi ayaqqabılardır. Axı, Liv tanınmış rok-musiqiçinin qızıdır.

Sara cessika Parker

Sara Cessika Parker bizim üçün bu gün də “Böyük şəhərdə seks” filmində canlandırdığı Kerri Bredşou obrazı ilə assosiasiya olunur. Aktrisa filmdə son qəpiyini də ayaqqabılara xərcləyirdi, amma onlarda gəzməkdə çətinlik çəkirdi. Məsələ burasındadır ki, Cessika Parker real həyatda belə səhvlərə yol vermir. Ayaqqabı dizaynerliyinə başlayan aktrisa gündəlik həyatda ancaq rahat idman ayaqqabılar geyinir.

Kara Delevin

Kara üçün hündürdaban ayaqqabılarda gəzmək işinin bir hissəsidir. Müasir dövrün ən məşhur modellərindən biri olan Kara işdən kənar hündürdaban ayaqqabılarda gəzməyə nifrət edir. Dağınıq geyim tərzinə sadiq qalan model gündəlik həyatda idman ayaqqabılarına üstünlük verir.

Emma Roberts

Culiya Robertsin bacısı qızı və gənc aktrisa Emma Roberts yalnız qırmızı xalı üzərinə çıxanda dikdan ayaqqabılar geyinir. Adi vaxtlarda isə, o da həmkarları kimi rahatlığına xüsusi ömən verir və idman ayaqqabıları seçir.

Mayli Sayrus

Qalmaqallı müğənni Mayli Sayrus da ancaq konsertlər və tədbirlərdə dikdan ayaqqabıda görünür. Adi həyatda isə Sayrus rahat ayaqqabılar və idman tərzini seçir.

Cessika Alba

Cessika Alba ətəyi uçan paltarlar, əyində sərbəst oturan cins şalvarları çox sevir. Təbii ki, bu obrazını dabanı çox qısa olan çəkmələrlə tamamlayır.

Aleksa Çanq

Aleksanı da bir çox britaniyalılar kimi dikdaban ayaqqabılarda demək olar ki, görmək mümkün deyil. Çanq hətta qırmızı xalı çıxışları üçün də ən alçaq dabanlı ayaqqabılar seçir. Buna baxmayaraq, çox təmtəraqlı görünməyi bacarır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm