Enlibalaqları necə kombinə etməli? – FOTOLAR
Bizi izləyin

Dəb

Enlibalaqları necə kombinə etməli? – FOTOLAR

Mövsümün ən trend geyimlərindən biri də enlibalaq şalvarlardır. Ancaq bu şalvarları geyinməyə hamı cəsarət etmir. Çünki qısaboy və ya həddən artıq hündürboyluların həmin şalvarları kombinə etməsi olduqca çətindir. Əgər siz də mövsümün trendləri ilə ayaqlaşmaq istəyir, ancaq enlibalaq şalvarı düzgün kombinə edə bilməyəcəyinizdən çəkinirsinizsə, Publika.az-ın məsləhətlərini mütləq yadda saxlayın!

Bu tip şalvarlar boyu hündür olanlara çox yaraşır. Boyunuz hündürdürsə, enlibalağınızı istər baletkalarla, istər idman ayaqqabısı və ya ket, istərsə də, dikdaban ayaqqabılarla geyinə bilərsiniz.

Qısaboylular kədərlənməsinlər. Çünki enlibalaq şalvarlar sizin xilaskarınız ola bilər. Belə ki, həmin şalvarları düzgün kombinə edərək boyunuzu olduğundan daha uzun göstərə bilərsiniz. Məsələn, balaqları yerə dəyəcək qədər uzun olan enlibalaq şalvar alın və hündürdaban ayaqqabı ilə kombinə edin. Ayaqqabının, sadəcə, burun hissəsi görünməlidir. Ayaqqabınız görünmədiyindən şıqlıqdan çox rahatlığa üstünlük verin. Platforma və ya qalın dabanlı ayaqqabılar seçə bilərsiniz.

Enlibalaq şalvar alarkən onun hündürbel olmasına diqqət edin. Çünki hündürbel şalvarlar ayaqların daha uzun görünməsinə səbəb olur. Koftanızı şalvarın içinə salın və qısa toplar geyinin. Enlibalaq şalvarı özü ilə eyni rəngdə olan koftalarla geyinərək daha incə və hündürboy görünə bilərsiniz. Yağışlı günlərdə belə, şalvarı maskülən tərzində köynək və pencəklə tamamlaya bilərsiniz. Əgər mövsümün digər trendi olan printli enlibalaqları xoşlayırsınızsa, onları sadə, tək rəngli, həmçinin gipürlü köynək və ya koftalarla kombinə etməlisiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm