Yağış çəkmələri ilə dəbli görünməyin yolları - FOTOLAR
Bizi izləyin

Dəb

Yağış çəkmələri ilə dəbli görünməyin yolları - FOTOLAR

Payız gələn kimi yağışlı havalarda geyindiyimiz geyimlər qarderobumuza daxil olur.

Elə buna görə də mövsümün ən çox sevilənlərindən biri yağış çəkmələridir. Yağış çəkmələri bir çox məşhur dəb ikonasının və moda bloggerlərinin ən sevimli ayaqqabılarıdır.

Bu çəkmələri geyinməyə cəsarət etməyənlər də var. Hətta yağış çəkmələri ilə zövqsüz görünəcəyini düşünənlərin sayı az deyil. Bütün bunları nəzərə alaraq, mövsümün ən rahat və lazımlı ayaqqabısı olan yağış çəkmələri ilə şıq görünməyin üsullarından yazmağa qərar verdik.

Publika.az-ı oxuyun və yağışlı, küləkli havada da cəlbedici görünməyin yollarını öyrənin. Bu yazını oxuduqdan sonra yağış çəkmələrini o qədər sevəcəksiniz ki, hətta günəşli havada belə onlardan imtina etməyəcəksiniz.

Etiraf edək ki, yağış çəkmələri ilə şıq kombinlər yaratmaq elə də asan deyil. Ancaq bir neçə qaydaya əməl edərək istədiyiniz nəticəni əldə edə bilərsiniz.

1. Yağış çəkmələri ən çox trençkot və şalla yaraşır. Üçünün rəngini uyğunlaşdıra bilsəniz, küçə stilinizlə diqqət çəkməyi bacaracaqsınız.

2.Yağış çəkmələri hər xanımın qarderobunda olan sevimli qara donla əla uyğunlaşır.

3.Yağış çəkmələrini ofis stilinə də uyğunlaşdıra bilərsiniz. Cəsarət tələb edən rəngləri seçin və kombinizi şıq aksessuarlarla zənginləşdirin.

4.Yağışlı havalarda özünüzü passiv və bədbin hiss etmək istəmirsinizsə, rəngli yağış çəkmənizi geyinin və onunla eyni rəngdə olan şalı boynunuza dolayın.

5. Evdən tez-tələsik çıxmalısınızsa, ən asan yolu seçin: cins şalvarınızı və yağış çəkmənizi geyinib çıxın.

6. Adına aldanmayın, yağış çəkməsini ilıq havalarda da geyinə bilərsiniz. Şortla yağış çəkməsinin harmoniyası əla görünəcək.

7. Əgər siz seçiminizi mini ətəkdən yana etmisinizsə, o zaman yağış çəkməsi ilə dizə kimi uzanan corab geyinin. Koftanızın rəngi corablarınızla uyğun olmalıdır. Mümkündürsə, printli koftalar seçin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm