Fransız moda evindən əsrarəngiz kolleksiya – FOTOLAR
Bizi izləyin

Dəb

Fransız moda evindən əsrarəngiz kolleksiya – FOTOLAR

Paris moda həftəsi çərçivəsində “Balmain” moda evinin kreativ direktoru Olivye Rusten yeni kolleksiyasını nümayiş etdirib.

Publika.az xəbər verir ki, kolleksiyanın nümayişində Yelena Perminova, Miroslava Duma, Anna Dello Russo, Anna Vintur, Kris Cenner və digər tanınmış simalar iştirak ediblər.

Olivye Rusten yeni kolleksiyasında olduqca mürəkkəb ornamentlərdən, toxunma zamşa və materiallardan istifadə edib. Bundan başqa, volanlara da laqeyd qalmayıb. Volanlı modellər o qədər çox olub ki, podiumda qızlar sanki uçurmuş kimi təəssürat yaranıb. Torlar isə kolleksiyada əsas dekorativ motivlər olub. İri və xırda toxunma da xüsusi seçilib. Rənglərin harmoniyasına gəldikdə, dizayner burada təbii rənglərə müraciət edib.

Ümumilikdə, kolleksiya zümrüd, sapfir kimi təbii daşların, o cümlədən ağ və qaranın ahəngindən ibarətdir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm