Gəlinlik son 100 ildə necə dəyişdi? - VİDEO- VİDEO
Bizi izləyin

Dəb

Gəlinlik son 100 ildə necə dəyişdi? - VİDEO- VİDEO

Son vaxtlar qadın və kişi geyiminin bir əsr ərzində necə dəyişdiyini göstərən videolar hazırlanır. Hətta Azərbaycan qadını və kişisinin geyim tərzinin son 100 ildə necə dəyişdiyini göstərən videolar da maraqla qarşılanmışdı.

Publika.az xəbər verir ki, sosial mediada bu dəfə gəlinliklərin və ya gəlin obrazının son 100 ildə necə dəyişdiyini göstərən video yayılıb. Stilist, bərbər və vizajistlərin köməyi ilə 1915-ci ildən başlayaraq, hər il üçün xarakterik olan bir neçə gəlin obrazı yaradılıb.

Dəb ekspertləri bu videoda 1915-2015-ci illər üzrə qadın geyimlərinin dəyişmə prosesini göstəriblər. Məsələn, 50-cı illərdə qızlar Kristian Diorun “new look” kolleksiyasından ruhlanaraq beli incə, aşağısı enli gəlinliklər tikirdilər. 70-ci illərin gəlinlik paltarı isə hippi tərzinin təsiri altında dəyişib. Gəlinin obrazında da hippi tərzinə xas olan təbii güllərlə bəzədilib. 80-ci illərin gəlin obrazı da həmişə olduğu kimi fərqlənib: qolları bol kəsimli, böyük çiyinlər və strazlar. Makiyaj da öz növbəsində parlaq olması ilə daha çox diqqət cəlb edib. Sonuncu yəni, 2015-ci il nümunəli gəlin paltarı isə Kembric hersoginyası Keyt Middletonun gəlinlik libasından ilhamlanaraq yaradılıb. Yeri gəlmişkən qeyd edək ki, bu gəlinliyin müəllifi “Alexander Mcqueen” moda evinin dizayneri Sara Bertondur.

Geyimləri amerikalı model Lolli Xoui təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm