Dəb
Qollarının köklüyündən şikayət edənlər üçün dəb hiylələri - FOTOLAR
Artıq çəki hər kəsdə özünü müxtəlif cür göstərir. Yağlar birinin qarın nahiyəsində, digərində ayaq, üçüncüdə isə ombada yığılır.
Bəzilərinin isə qolları şişmanlayır. Mütəxəssislərin sözlərinə görə, qollarda toplanmış yağları əritmək çox çətindir. Ona görə də həmin yağları əritmək yox, gizlətmək daha asandır.
Publika.az qolların köklüyündən şikayət edən xanımları nəzərə alaraq bir neçə dəb hiyləsini təqdim edir.
1. Qollarınızı aksessuarla doldurun
Əgər qollarınız kökdürsə, onu gizlətməyin ən yaxşı üsulu diqqəti başqa tərəfə yönəltməkdir. Sizə qəribə gələ bilər, lakin bir neçə qolbaq sayəsində qolların köklüyünü məharətlə gizləmək mümkündür.
2. Yarımqollu köynəklər seçin
Yarımqol, kök qollar üçün kəşf olunub desək, yanılmarıq. Ən böyük üstünlüyü qolların ən kök hissələrini, yəni üst hissələrini örtməsi, digər üstünlüyü isə istənilən mövsümdə geyinilə bilməsidir.
3. Tünd rəngin gücündən istifadə edin
Tünd rəng insanı vizual olaraq daha arıq göstərir. Əllərinizin incə görünməyini istəyirsinizsə, tünd rəngli paltarlara üstünlük verərək problemi həll edə bilərsiniz.
4. Şal və ya kimono istifadə edin
Bu mövsüm dizaynerlər kimono dəbini sanki qolunun köklüyündən şikayət edən xanımlar üçün hazırlayıblar. Kimononuz yoxdursa, onu şalla əvəz edə bilərsiniz.
5. Valanlı qollar
Valan qolun köklüyünü gizlətməyin ən optimal variantıdır. Qollar həcmli olduğu üçün onu dar paltarlarla kombin etdikdə yaxşı görünür. Dar şalvarlar, ya da qələm ətəklər bu tərz köynəklərlə mükəmməl harmoniya yaradırlar.
Aytən
-
Nida Xəbər 17:37
AMEA-nın nəzdindəki muzey nazirliyə verildi
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı