• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Payız havasına uyğun palto dəbi - FOTOLAR

  • Dəb
  • 13 Oktyabr 2015 12:45
  • 1 079 Baxış
Payız havasına uyğun palto dəbi - FOTOLAR

60-ci illərin üslubunda paltolar

60-ci illərin üslubunda qısaldılmış və yaxası dərin kəsikli paltolara bu payız, demək olar ki, bütün mağazalarda rast gələ bilərsiniz. Publika.az xəbər verir ki, boz, qəhvəyi və ya qara çalarlı birdüyməli paltolar bu mövsüm daha aktualdır. Bu cür platoları biz botford (qısaboğaz çəkmə), A siluetli paltarlarla və Ceyn Birkin üslubunda beretlərlə tamamlamağı təklif edirik.

Kişi üslubunda paltolar

Kişisayağı paltolar öz aktuallığını heç vaxt itirməyəcəklər. Bu cür paltolarda kobud görünəcəyinizi düşünüb almaqdan qorxmayın. Çünki birbaşa biçim, kişisayağı çiyinliklər sizin incəlik və zərifliyinizi yalnız vurğulaya bilər. Qazayağı naxışlı paltolar payız havası üçün ən ideal variantdır. O, şalvarlarla və karandaş-yubka ilə yaxşı uzlaşır, hətta axşam geyimləri ilə də uyğun gələ bilər. Eyni zamanda işgüzar üslubu da eyni dərəcədə ciddi göstərir.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR