• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Alt paltarı geyinməyən, makiyajı bacarmayan, küləkdə ətəyi qalxan ledilər - FOTOLAR

  • Dəb
  • 2 Noyabr 2015 14:15
  • 2 023 Baxış
Alt paltarı geyinməyən, makiyajı bacarmayan, küləkdə ətəyi qalxan ledilər - FOTOLAR

Təəssüf ki, nə ulduzlar, nə də birinci xanımlar dəb xətalarından sığortalanıblar.

Publika.az-ın dəb bölməsi birinci xanımların dəb xətalarını təqdim edir.

Mişel Obama

ABŞ-ın birinci xanımının adı reytinqlərdə, adətən, ən yaxşı geyinənlər siyahısında çəkilir. Lakin o da bəzən ağlagəlməz səhvlərə yol verir.Belə faktlardan biri 2009-cu ildə baş verib. Birinci xanım London səfəri zamanı eklektik (bir-birinə uyuşmayan, zidd) geyinərək ictimaiyyəti şoka salıb. Xanım Obama klassik şalvarını rəngbərəng köynək və bu geyimə uyğun gəlməyən kəmərlə birləşdirib.

Karla Bruni

Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin xanımı Karla Bruni peşəkar model olmasına baxmayaraq, bəzən uğursuz seçimləri ilə də diqqət çəkib. Məsələn, dövlət rəhbərlərinin iştirakı ilə keçirilən rəsmi qəbula birinci xanım alt paltarı geyinmədən gəlib. Onun bu hərəkəti bütün dünya mətbuatının müzakirə mövzusuna çevrilib. Başqa bir vaxt isə Karla qısa paltarını qara krujevalı "kolqotka" ilə tamamlayaraq hamıda təəccüb doğurub.

Keyt Middlton

Keyt Middltonun qüsursuz dəb ilahəsi olduğu şübhəsizdir. O, heç vaxt ciddi səhvlər etmir. Kembric hersoginyası Keyt Middltonun dəb xətaları, adətən, hava şəraitinə uyğun olmayan paltar seçimi üzündən baş verir. Küləkli hava paltarının ətəyini qaldırır, insafsız paparassilər də bu anı dərhal çəkirlər. Ümumiyyətlə, külək Keyti bir neçə dəfə çıxılmaz vəziyyətdə qoyub. Hətta deyilənlərə görə, bu cür halların kameralara alınması kraliça Yelizavetada ciddi narazılıq doğurduğu üçün Keytə dizdən yuxarı don geyinməyi qadağan edib.

Bütün bunlara baxmayaraq, danılmaz faktdır ki, geyimini hava şəraitinə uyğunlaşdıra bilməsə də, o, dünyanın ən zövqlü geyinən qadınları arasında liderdir.

Angela Merkel

Almaniya Federativ Respublikasının Federal kansleri Angela Merkel artıq 7 ildir ki, ardıcıl olaraq dünyanın 100 ən nüfuzlu xanımları siyahısına başçılıq edir. Tanınmış dövlət nümayəndəsi olduğundan onu da birinci xanımların siyahısına daxil etmək qərarına gəldik.

Angela Merkeli çox nadir hallarda ətəkdə və ya donda görə bilərik. Kişisayağı üslub onda çox gözəl alınır. Lakin ətək və don seçimləri barədə eyni sözləri deyə bilmərik. Məsələn, Osloda teatrın açılış mərasiminə Almaniyanın Federal kansleri dərin sinə dekolteli paltarda qatılıb. Nəticədə teatra gələnlərin diqqətini tamamilə özünə cəlb edib. Belə ki, kanslerin sinə dekoltesi səhnədə göstərilənlərdən daha çox diqqəti çəkib. Angela Merkelin bu paltarı bütün informasiya agentliyinin və vətəndaşların narazılığına səbəb olub.

Nina Xruşşova

SSRİ baş katibinin xanımı Nina Xruşşova 1959-cu ildə ABŞ-a səfəri zamanı Jaklin Kennedi ilə görüşüb. Əlbəttə ki, prinsip etibarilə sadə və təvazökar sovet qadını üçün stil ikonası Jaklin Kennedi ilə rəqabət aparmaq çətin olardı. Amma N.Xruşşova ən uğursuz paltar seçməklə özünü amerikalı jurnalistlərin, o cümlədən dəb tənqidçilərinin lağ hədəfinə çevirib.

Pen Liyuan

Çin prezidentinin xanımı bir çox Hollivud ulduzları kimi kirşan qurbanı olub. Tədbirlərin birinə uğursuz makiyajda gələn Pen Liyuan fotoqrafların diqqətindən yayınmamışdı. Birinci xanım kirşanı üzünə elə səxavətlə çəkmişdi ki, elə bil un kisəsinə düşmüşdü.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR