Dəb
Məşhur aktrisanın 100 milyon dollarlıq mücrüsü oğurlandı – FOTOLAR
Bütün dünya kino festivallarının fəxri laureatı Sofi Loren zəngin və yaddaqalan rolları ilə kinematoqrafiyada misilsiz iz buraxıb. 100-dən çox rolda oynayan aktrisa artıq əfsanəyə çevrilib. Lakin o, yalnız kino sahəsinin deyil, dəb dünyasının da əfsanəsidir.
Görəsən, aktrisanın zərif, unudulmayan üslubu və füsunkar gözəlliyinin sirri nədir?
Publika.az-ın “9 don” layihəsinin bu həftəki sayında Sofi Lorenin zinət əşyalarından bəhs etmişik.
Gözəllik daxildən qaynaqlanır
Sofi Lorenin karyerasının ilkin mərhələsində rejissor və operatorların onun uzun burnunun kadrda pis göründüyünü, həddən artıq geniş çanaqlara malik olmasını və arıqlamalı olduğunu söyləməsi kimin ağlına gələrdi. Gələcəyin böyük aktrisası dünyada hər şeydən çox kinoya çəkilmək istəsə də, ona edilən bütün təklifləri bir qayda olaraq rədd edirdi. Çünki Sofi dəb trendlərinin təsiri altına düşmürdü, o, özü kimi qalmaq istəyirdi. O, hesab edirdi ki, gözəlliyi xarici görünüşlə ölçmək doğru deyil:
“Gözəllik insanın özünü necə hiss etməsidir və o, sənin gözlərində əks olunur".
“Öz gözəlliyindən əmin olan qadın nəticə etibarı ilə başqalarını da buna inandıra bilir!"
Aktrisanın öz cazibəsini vurğulamaq bacarığına diqqət edin. Sofi həmişə xarakterinin cizgilərini və mahiyyətini əks etdirən obrazlar seçirdi. Cazibədar ulduz əbəs yerə “xarakter gözəlliyin mühüm tərkib hissəsidir” demir.
Loren həmişə sadəlik tərəfdarı olub. Buna baxmayaraq, o, gündəlik həyatda da kinoda olduğu qədər valehedici görünməyə çalışırdı. Bu makiyaja, geyimə, bəzək və aksessuarlara aiddir. Məsələn, o, bəzək əşyalarını çox sevsə də, onlar aktrisanın gözəlliyini heç bir halda kölgədə qoymurdu.
Onun obrazları bütün xırdalıqlarına qədər düşünülürdü. Aktrisanın imicində, xüsusilə, aksesuarlar böyük rol oynayıb və ona istənilən yaşda füsunkar görünməyə şərait yaradıb. Sofinin sirri ondadır ki, o, dəb tendensiyalarına riayət etmir, onları özü yaradırdı. Ümumiyyətlə, Sofi Loren gözəlliyini vurğulayan bəzək əşyası seçməkdə ustadır.
100 milyon dollarlıq qızıl-zinət kolleksiyası
Bahalı daş-qaşlar qadına şarm verməklə yanaşı, onu əlçatmaz edir. Qadınların zinət əşyalarına bəsdikləri ülvi məhəbbət də buradan qaynaqlanır. Bu mənada, Loren də istisna deyil. O da bütün qadınlar kimi qızıl-zinət həvəskarıdır.
Sofinin fikrincə, düzgün seçilmiş aksessuarlar obrazda vacib rol oyanır. İtaliyalı aktrisa hələ gənclik illərində zinət əşyaları kolleksiyası toplayıb. O, birinci kolleksiyasını 20 yaşında - özünə dəbdəbəli zinət əşyaları taxmağı rəva gördüyü vaxtlarda toplamağa başlayıb və 40 yaşına qədər kolleksiyanın sayını artırmağa davam edib. Təəssüf ki, aktrisanın zərgərlik məmulatları kolleksiyası iki dəfə qarət olunub. Birinci qarət 1970-ci illərin əvvəllərində baş verib.
İngiltərənin Xartfordşir qraflığında “Milyonçular” filminin çəkilişləri zamanı “Pişik” ləqəbi ilə tanınan oğru onun otağına daxil olmuş və bir gecədə səssiz-səmirsiz onun bütün qızıl-zinət əşyalarını oğurlamışdı. Zinət əşyalarını itirən bir qadının hansı vəziyyətdə olduğunu təsəvvür etmək çətin deyil.
Çəkilişlərdə fasilə zamanı tanınmış ingilis aktyoru Piter Sellers Sofi Loreni sakitləşdirmək üçün ona gözəl yaxa sancağı hədiyyə etmişdi.
İkinci qarət 70-ci illərin ortalarına təsadüf edib. İkinci dəfə o, silahlı qarətə məruz qalmış, hətta oğlunu girov götürmüşdülər. Sofi ondan qızıllarını tələb edən oğruya içi zinət əşyaları ilə dolu kisəni verərək özünün və oğlunun həyatını xilas etmişdi. Sofi o hadisəni belə xatırlayır:
“Oğrular gedən kimi, göz yaşları içində oğlumu bərk-bərk qucaqladım”.
Bundan sonra aktrisa kolleksiya toplamasına bir müddət fasilə verib. Lakin 1980-cı illərdə yenidən öz sevimli məşğuliyyətini davam etdirməyə başlayıb. Onu da qeyd edək ki, onun kolleksiyasında mövcud olan zinət əşyalarının ümumi dəyəri ən azı 100 milyon dollar olub.
Sofi Loren mirvari pərəstişkarıdır. Ulduzun kolleksiyasının əsas hissəsini də məhz bu daşdan hazırlanmış bəzək əşyaları tutur. Deyilənə görə, mirvarini taxmasan, küsə bilər. Yəni, onun rəngi solur və getdikcə qaralır. Sofi Lorenin sevdiyi mirvarilərini mücrüyə qoymağa əli gəlmir. Aktrisa, demək olar ki, hər çıxışında mirvaridən hazırlanmış bəzək əşyalarına üstünlük verir. Ulduz mirvariləri şlyapa və qara donla uzlaşdırmağı məsləhət görür. Onun fikrincə, onların ahəngi qüsursuzdur.
Mirvarilərin daha bir üstünlüyü onların heç zaman dəbdən düşməməsidir.
İtaliyalı qadınlar cəlbedici zinət əşyalarını sevir və həddi aşmaqdan qorxmurlar. Sofi Loren hər bir italiyalı kimi, bahalı materialdan hazırlanan böyük sırğalara üstünlük verir. Sofi onun zahiri gözəlliyini vurğulayan iri və dəbdəbəli sırğaları böyük məmnuniyyətlə taxır.
Sofi Lorenin 100 milyonluq zinət əşyaları kolleksiyasına qadının əvəzolunmaz bəzəyi hesab olunan xalta-boyunbağılar da daxildir. Aktrisa xalta-boyunbağıları çox sevir və özünü onlarsız bir an belə təsəvvür etmir.
Divanın kolleksiyasının ən dəyərli əşyası mirvarilərdən hazırlanmış xalta-boyunbağılardır.
Aytən
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək