Cüt toppuz saçlarla yayın ən gözəli olun! – FOTOLAR
Bizi izləyin

Dəb

Cüt toppuz saçlarla yayın ən gözəli olun! – FOTOLAR

2016-cı ilə qeyri-adi saç modelləri damğa vuracaq.

Bu saç modellərindən biri də cüt toppuzdur. Xanımların yay aylarında həm rahat, həm də şıq görünmək üçün müraciət etdikləri klassik toppuz saçlar bu il qarşımıza fərqli formada çıxacaq. Belə ki, iri və ya dağınıq toppuzların yerini, cüt toppuzlar alacaq. Artıq bir çox dünya ulduzu o cümlədən də Rihanna bu trendin təsiri altına düşüb.

Siz də yay üçün əlverişli olan bu saç modelini sınaqdan keçirə bilərsiniz. Cüt toppuzu istər başın arxasında, istər yanlarda, istərsə də təpədə yığmaq mümkündür. Xəyal gücünüzü fəaliyyətə keçirərək qeyri-adi modellər əldə edə bilərsiniz.

İlham almaq üçün Publika.az-ın təqdim etdiyi fotolara nəzər salın!

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm