Ziyafət libasları ilə bəhsə girən ulduzlar – FOTOLAR
Bizi izləyin

Dəb

Ziyafət libasları ilə bəhsə girən ulduzlar – FOTOLAR

Dünən axşam Nyu-Yorkda Metropoliten muzeyində ilin ən vacib moda hadisələrindən biri – 70-ci "Met Ball" Kostyum İnstitutu Balı baş tutub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dəb sənayesinin ən mühüm tədbirlərindən olan sərginin mövzusu "Əl və maşın: Müasir texnologiyalar dövründə dəb" (Manus x Machina: Fashion in an Age of Technology) olub.

Yubiley balının həmsədri ifaçı Teylor Svift olub. Gecədə "Qızıl qlobus" mükafatının sahibi İdris Elab, "Apple" şirkətinin dizayn üzrə direktoru Conatan Ayv, eləcə bir çox tanınmış dizaynerlər Nikolya Jeskyer, Karl Laqerfeld və Miuçça Prada iştirak ediblər. Komitənin rəhbəri "Vogue" jurnalının baş redaktoru Anna Vintur olub.

Metropoliten İncəsənət Muzeyinin nəzdindəki Kostyum İnstitutunun (Metropolitan Museum of Art's Costume Institute) hər il keçirdiyi dəb şousunda moda, musiqi, kino sahəsinin də tanınmış simaları iştirak edib. Məşhur dünya ulduzları bu dəfə mövzuya uyğun geyim seçməkdə çətinlik çəksələr də, təmtəraqlı və bahalı ziyafət libasları ilə bəhsə giriblər.

Kostyum İnstitutunun kuratoru Endryu Bolton mövzu seçimini şərh edib: “Haute Couture və pret-a-porter arasında əsas fərq birincidə geyimin ancaq əl işi olması, ikincidə isə maşınların köməyilə hazırlanmasıdır. Lakin bu gün hər iki seqmentdə: həm yüksək moda əsərinin, həm də hazır geyimin tikilməsi zamanı həm qabaqcıl yüksək texnologiyadan, həm də əl əməyindən istifadə edilir".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm