Rahibə kimi geyinməyi sevən moda kraliçası
Bizi izləyin

Dəb

Rahibə kimi geyinməyi sevən moda kraliçası

29 yaşında Miuçça Pradaya babası Mario Prada müflis olmaq üzrə olan şirkət miras qoyur. Və bu istedadlı qız şirkəti cəmi bir il ərzində müflis olmaqdan xilas edir. Miuçça Prada və onun həyat yoldaşı Patriçio Bertelli firmanın itirilmiş mövqeyini geri qaytarır, onu yenidən yüksəldirlər. Cütlük şirkəti dirçəltməklə qalmır, “Prada”-nı çox güclü moda imperiyasına çevirir.

Ər-arvad şirkətin işlərini öz aralarında bölürlər. Əri maliyyə işləri ilə məşğul olur, Muiçça isə özünəməxsus üslubu ilə moda evinə yeni nəfəs gətirir. O, müasir dəb haqqında təsəvvürü tamamilə dəyişir. Bu dahi qadın olmasaydı, kim bilir, bəlkə də müxtəlif üslubları və rəngləri qarışdırmağa belə cəsarət edə bilməzdik. Publika.az bu yazıda dizaynerin dəb, uğur və üslubu haqqında ən yaxşı sitatları toplayıb.

“Mən bir sviterlə uniforma kimi həftələrlə gəzə bilərəm. Sonra isə vay! Və hər gün yeni paltarlar geyinməyə başlayıram. Bu, instinktiv olaraq baş verir”.

“Mən dəbi həyatda məni maraqlandıran digər mövzulardan ayırmıram. Bunu uzun müddət özümə qadağan etdim və bir dəfə də olsun “Niyə?” sualını özümə vermədim”.

“Hamının səndən gözlədiyini etmək, bu, heç bir yenilik etməmək deməkdir”.

“Mən bilirəm ki, dəb digərlərini fəth etmək və özünü ələ verməmək üçün vasitədir”.

“Düşünürəm ki, mənim yaradıcılığımın resepti ideyalarımın düzgün ahəngidir”.

“Heç vaxt firuzəyi rəngli paltar geyinməyəcəm. Bəlkə də, elə sabah geyinərəm. Bilmək olmaz”.

“Mən bu yaxınlarda öz işimi yenidən qiymətləndirdim. Başa düşdüm ki, moda ideyaları nümayiş etdirməyə imkan verən və rəy formalaşdıran çox güclü alətdir”.

“Gözəllik intellekt olmadan şirindir, amma çox gücsüz və zəifdir”.

“Bəli, mən rahibə kimi geyinməyi sevirəm. Bu geyimlərdə özümü daha arxayın və sərbəst hiss edirəm”.

“İlk illərdə moda mənim üçün pis fəaliyyət növü idi. Mənə elə gəlirdi ki, yaratdığım məhsullar az əhəmiyyət kəsb edir. Onda mən siyasətlə məşğul olmaq istəyirdim. İndi isə mən “Prada” şirkətinin moda ilə bağlı olmayan müxtəlif tədbirlərdə iştirak etməsi üçün çalışıram”.

“Dəb qəlib gözəllik yayır. Mən bunu düzəltməyə çalışıram”.

“Dəb insanların rifahı və yaşayışına töhfə verən istehsal sənayesinin yalnız bir hissəsidir”.

“Geyiminiz özünüifadə vasitəsidir. Xüsusilə, bu gün insani münasibətlər belə tezsovuşan olub. Moda isə hər kəsin başa düşəcəyi və vizual anlaşılan dildir”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm