Mövsümün cəzbedici trendi: çiyin dekoltesi - FOTOLAR
Bizi izləyin

Dəb

Mövsümün cəzbedici trendi: çiyin dekoltesi - FOTOLAR

Körpücük sümüyünün və ya çiyinlərin göründüyü paltardan daha romantik nə ola bilər? Yəqin bu, kişinin diqqətini çəkməyin ən təsirli üsuludur. Dərin sinə dekoltesindən fərqli olaraq çiyni açıq paltarlar pis görünmür. Əksinə, belə dekolte, xüsusi ilə yaz-yay aylarında hər kəsin zövqünü oxşayır. Bu dekolte növü istənilən obrazı zərifləşdirir, körpücük sümüklərini və boğazı daha cazibədar göstərir, istənilən qıza romantik görünüş bəxş edir. Hər halda, bu paltarlarla diqqətdən kənarda qalmaq mümkün deyil!

Çiyin dekoltesi, həmçinin çiyin hissəsində büzmə və volan dekoru olan paltarlar bir neçə mövsümdür ki, dəbdədir. Publika.az xəbər verir ki, dizaynerlər bu geyimlərə artan tələbatı nəzərə alaraq builki kolleksiyalarında onlara böyük yer verib. Yəni, çiyin dekoltesi trend olmağa davam edir. Lakin bu fason bir qədər dəyişmiş formada qarşımıza çıxır. İndi çiyin dekoltesinin çarpaz asqılı versiyası daha aktualdır. Bu asqılar daha rahat hərəkət etməyə imkan verir. Dəb redaktorları bu effekti “X- faktor” adlandırır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm